“Bu, demokratik dünya ilə qarşıdurmaya aparan avantürist addımdır”

İlham Əliyev MDİ-ni Bakıdan qovdu; Əli Kərimli olaya sərt reaksiya verdi

NDİ-nin Azərbaycanda fəaliyyətinə qadağa qoyulmasını AXCP sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında kəskin tənqid edib: “ Bu birmənalı olaraq neqativ hadisədir. Azəbaycabn hakimiyyəti xeyli müddətdir ki, beylənxalq birliklə,  demokratik kəsimlə qarşıdrıma vəziyyətindədir.
Milli Demokratiya İnstitutunun Bakı ofisini bağlamaq cəhdi Azərbaycan hökumətinin sivil dünya ilə qarşıdırmada maraqlı olduğunun, hər hansı islahata meyilli olmadığının göstəricisidir. Bu hadisə avtoritar hakimiyyətin möhkəmlədilməsi üçün demokratiyadan geri çəkilmədir; Azərbaycanı demokratik sivil dünya ilə qarşıdurmaya aparan avantürist addımdır. Çox təəssüf ki, bu cür davranışın ağır nəticələri Azərbaycan xalqının üzərinə düşür. Buna görə biz hakimiyyəti  düşünülməmiş, avantürist addımlardan imtina etməyə, dünya birliyi ilə normal münasibəti bərpa etməyə çağırırıq”.

***

Çox maraqlıdır ki, fevralın 15-də “Trend News”a açıqlama verən YAP-ın icra katibi Əli Əhmədov ABŞ-ın Milli Demokratiya İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək onlarla əməkdaşlığını genişləndirəcəyini demişdi: “Partiyamız ilə Milli Demokratiya İnstitutu arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir, həyata keçirilən birgə tədbirlər tərəflər üçün müsbət əhəmiyyətə malikdir. NDİ-nin Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoryeviçlə görüşən Əhmədov YAP-la MDİ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə geniş fikir mübadiləsi apardığını da söyləmişdi.

Natiq

***

Hakimiyyət Obamanın təşkilatını Bakıdan qovdu

Milli Demokratiya İnstitutu qeydiyyat bəhanəsi ilə Azərbaycandan çıxarılır

ABŞ Milli Demokratiya İnstitutuna (NDI) Bakı ofisini bağlamaq barədə xəbərdarlıq edilib.

“Azadlıq” radiosuna daxil olan məlumata görə, martın 7-də NDI Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Grigorievs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunub.

Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və Milli Demokratiya İnstitutundan fəaliyyəti dayandırmaları tələb olunur.

Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb.

Hal-hazırda ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və NDI-nin Vaşinqton ofisi ilə məsləhətləşmələr aparılır.

Birləşmiş Ştatların Bakıdakı səfirliyinin sözçüsü Kieth Bean “Azadlıq” radiosuna bildirib ki. NDI nümayəndəliyi ilə bağlı məsələni aydınlaşdırmağa çalışırlar. Məsələ aydınlaşan kimi rəsmi məlumat yayılacaq.

NDI Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir ildən artıqdır ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi.