Qurumun ilk bölməsi Şəkidə təsis olunur
Azərbaycanın demokratik qüvvələrini birləşdirən, ölkənin aktual problemlərini vaxtaşırı müzakirəyə çıxaran Ictimai Palatanın çevrəsi genişlənir. Artıq ayrı-ayrı bölgələr də öz qüvvələrini səfərbər edərək Ictimai Palatanın regional strukturlarını təsis etməyi düşünürlər.
Bu istiqamətdə ilk təşəbbüs Şəkidən gəlib. AXCP sədrinin müşaviri Sahib Kərimovun sözlərinə görə, Şəkidə fəaliyyət göstərən müxalifət partiyalarının 70-dək üzvü bir araya gələrək qurumun yerli strukturunu yaradırlar: “AXCP, Müsavat, AMIP, ADP, Ümid və bir sıra başqa partiyaların üzvləri, həmçinin ictimaiyyət nümayəndələri toplanaraq Şəkidə də Ictimai Palatanın yaradılması haqqında təşəbbüs irəli sürüblər. Yaxın vaxtlarda mərkəzi qurumla əlaqə saxlayıb lazımi sənədləri toplayacaqlar. Sonra da regional təmsilçilik geniş tərkibdə elan olunacaq. Bununla bağlı Şəkidə ayrıca tədbir keçirilib. Əsas məqsəd Ictimai Palatanın çevrəsini genişləndirmək, qurumun bölgələrdə strukturlarını qurmaqdır”.
S.Kərimov onu da qeyd edib ki, Şəkidəki təmsilçilik faəliyyətini mərkəzi qurumla koordinasiya edəcək: “Vaxtaşırı Vidadi Mirkamalla əlaqə saxlayıb bütün fəaliyyətlərini, müzakirəyə çıxarılacaq məsələləri müəyyənləşdirəcəklər”.
Gültəkin