«Bu, elan olunmamış fövqəladə vəziyyətdir»

Hakimiyyət həbsləri davam etdirir; 5 fəal gənc həbsdədir

 

Facebook sosial şəbəkəsində bir qrup gəncin başlatdığı “11 mart” kampaniyasından sonra AXCP üzvü Dəyanət Babayev, gənc fəal Bəxtiyar Hacıyev qondarma ittihamlarla həbs olunmuşdu. Hakimiyyətin həbslər dalğası ötən gün daha iki gəncin tutulması ilə davam edib.
Səhər saatlarında Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı Qaradağda saxlanılıb. O, evlərinin yaxınlığındakı dükanda alver edərkən həbs olunaraq Qaradağ rayon 11-ci polis bölməsinə aparılıb. Bu barədə “Azadlıq”a Səxavətin qardaşı Qədim Soltanlı məlumat verib. Polis bölməsində gənc fəalın yaxınlarına deyiblər ki, o, avtoxuliqanlıq etdiyinə görə saxlanılır. Qədim Soltanlı isə deyib ki, qardaşı ümumiyyətlə, avtomobil sürmür: “Bu ittiham tamamilə qondarmadır”.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Səxavət Soltanlıya həbs cəzası verilib. Lakin həbsin müddətini öyrənmək mümkün olmadı.

 

“Toy üçün yer danışmağa getmişdik…”

Günorta saatlarında isə gənc fəal, partiya üzvü olmayan Rəşadət Axundovu Xətai rayonu ərazisində polislər oğurlayıb.
Bu haqda “Azadlıq”a Rəşadətin atası Fikrət Axundov məlumat verib. Onun dediyinə görə, R.Axundov Xətai rayonunda yerləşən Bakı Əyləncə Mərkəzinin yanından oğurlanıb: “Oğluma yayda toy etmək üçün Bakı Əyləncə Mərkəzinə yer danışmağa getmişdik. Mən Rəşadətlə içəri girdim, sonra ona dedim ki, get ananı da gətir. Bayıra çıxıb maşına yaxınlaşarkən mülki geyimli şəxslər Rəşadətin anasını itələyərək onu maşına basıb apardılar”.

5 sutka alan Rəşadət aclığa başlayır

Rəşadət Axundova Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 sutka həbs verilib. Məhkəmə prosesi qapalı keçirilib. Gənc fəal dövlətin təyin etdiyi vəkildən imtina edib. R.Axundov məhkəmə binasından çıxarkən gənclərə qarşı başladılmış bu repressiya siyasətinə etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib.

Dindarlardan iltizam alınır

Ötən gün Islam Partiyasının mitinq qərarı verməsindən sonra bir çox yerlərdə dindarlar polis bölmələrinə çağırılıblar. Dindarlardan iltizam alınıb ki, onlar etiraz aksiyalarında iştirak etməsinlər.

“Elan olunmamış fövqəlada vəziyyət”

Hüquq müdafiəçisiÿLeyla Yunusÿ “Azadlıq” radiosuna deyib ki, son həbslər zamanı insanların saxlanması həbs deyil, onların girov götürülməsidir. “Insan hüquqları və qanunu pozurlar. Mən deyərdim ki, bu, həbs deyil.ÿ Bu, vətəndaşların girov götürülməsidir, oğurlanmasıdır. Bütün cinayətkarlar dövlət adamlarıdır, polis də, MTN-də işləyənlər də. Onlar adamları oğurlayırlar, girov saxlayırlar. Ondan ötrü pul istəyirlər. Onlar adamları döyürlər, işgəncə verirlər, öldürürlər. Bu cinayət sisteminin bir qolu da məhkəmələrdir”.ÿ
Leyla Yunusun fikrincə, hakimiyyət gənclərdən qorxur:
“Vətəndaşlardan qorxurlar, çəkinirlər. Nə vaxt Azərbaycan gəncləri qanun, konstitusion haqlarını tələb edirlər, bu dövlətdə işləyən kriminallar onlara qarşı repressiya mexanizmini həyata keçirirlər”.
Hüquq müdafiəçisi bildirir ki, gənclərin bu ssenari ilə həbsi Azərbaycanda elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyünü deməyə əsas verir:
“Mitinqə çıxmaq onların konstitusion haqqıdır. Bu cavanları tutmaq, qorxutmaq, qanunsuz qazamatda saxlamaq ancaq onu göstərir ki, bu gün rejim cavanlardan çəkinir, qorxur və elan olunmamış fövqəladə vəziyyət həyata keçirirlər”.
“Hüquq-mühafizə orqanları gələcəkdə bunun qarşısını almaq, öz əməkdaşlarının belə pozuntulara yol verməməsi üçün tədbirlər görməlidirlər. Ictimaiyyət isə ona əmin olmalıdır ki, hüquq-mühafizə orqanları tərəfindən onun hüquqlarının pozulmasına yol verilməyəcək. Yol verilərsə, məhkəmələr onların hüquqlarını təmin edəcəklər” – bunu isə vəkil Əsabəli Mustafayev deyib.
Hüquqşünasın fikrincə, son həbslərin ssenarisinə baxdıqda, eyniliklə yanaşı, xeyli qanun pozuntusu görmək mümkündür. Məhkəmələr isə bu pozuntulara fikir vermədən qərar çıxarır:ÿ “Bu, bizim qanunvericilikdə var ki, saxlanılmış şəxsə özlərini təqdim edirlər və nə üçün saxlandığını bildirirlər, onun hüquq və vəzifələrini başa salırlar, sonra da ona vəkil təqdim edirlər.ÿ Son həbslərin hamısı eyni ssenari ilə gedir. Cabbar Savalanlını da tutanda, kim tutub, nə üçün tutub, bilinmədi. Bir neçə saat evdəkilər bilmədilər ki, haradadır. Gecə ilə dindirdilər, vəkillə təmin etmədilər. Vəkil gedir, deyirlər ki, bazar günüdür. Amma özləri saxlanılanı gecə saat üçdə dindirirlər. Eyni şey Dəyanətin həbsində də təkrarlandı. 2 gün heç kimin xəbəri olmayıb ki, o, haradadır”.

Elmin