Azərbaycanda internetdə problemlər yaşanır

Artıq bir neçə gündür ki, Azərbaycan ərazisində elektron poçtlarda problemlər yaşanmağa başlayıb. Digər saytlar normal işlədiyi halda e-poçt saytlarından informasiyanın göndərilməsində və alınmasında gecikmələr müşahidə olunur. Faktxeber.com saytı isə yaxın iki gün ərzində Azərbaycanda internet əlaqəsində problemlərin yaranacağı və internetə daxil olmanın çətinləşəcəyini yazıb. Bu, 11 və 12 mart tarixində ölkə ərazisində mitinqlərin keçirilməsi barədə sosial şəbəkələrdə gedən təbliğat-təşviqat kompaniyası ilə əlaqədardır.Hazırda internetin nəinki paytaxt Bakıda, eləcə də rayonlarda qadağan edilməsi barədə son işlər gedir. Keçiriləcək mitinqlərin qarşısını almaq və gənclərin şəbəkələşməsinə maneə yaratmaq məqsədilə, Azərbaycan hakimiyyəti interneti tamamilə kəsə bilər. Bu qadağanın SMS xidməti üçün də hayata keçiriləcəyini istisna deyil.Mütəxəsislər isə hesab edir ki, hakimiyyət istəsə Azərbaycana gələn interneti ümumiyyətlə kəsə bilər. Yaxud da, sosial şəbəkələrə giriş bir neçə günlük məhdudlaşdırıla bilər. Yəni texniki baxımdan bu mümkündür