Əli Kərimli ABŞ səfiri ilə görüşdü

Görüşdə Avropa Birliyi xüsusi nümayəndəsinin müavini də iştirak edib

 

AXCP sədri Əli Kərimli bu gün ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşüb.
AXCP mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, son günlər gənc fəalların həbs olunması və ümumilikdə siyasi məhbuslar problemi müzakirə olunub. Bundan başqa Azərbaycanda söz və sərbəst toplaşma azadlığı, onarın ölkədə tətbiq olunma perspektivi ətrafında fikir mübadiləsi aparıllıb.
Görüşdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin müavini Yeva Kupça da iştirak edib.