rovnaq

Rövnəq Abdullayev 1 milyardlıq stadion barədə nə dedi?

Bakıda tikiləcək olimpiya stadionu ilə bağlı danışan AFFA prezidenti Rövnəq Abdullayev arenanın 1 milyard dollara başa gəlməyəcəyini bildirib: “Həmin 1 milyard məbləği tikinti şirkətinin memarı, konsepsiyanı verən şəxs deyib. Dövlət başçısı Ilham Əliyevin göstərişi ilə böyük bir Olimpiya stadionun layihəsini hazırlanıb. Ancaq bunun hazırlanması hələ qurtarmayıb. Həmin layihə bitəndən sonra biz onun artıq qiymətləndirilməsini aparacağıq. Bunun üçün böyük ekspert qrupu qatılır. Mən inşaatçı olduğumdan, bu işləri bilirəm. Layihə çıxandan sonra onun ekspertizası aparılır və onun ehtimal olunan qiyməti çıxarılır. Layihə tenderə verilir və bundan sonra dəqiq qiymət müəyyənləşir. Bütün dünyada stadionların qiymətləri var. Misal üçün ”Qalatasaray”ın yeni açılan stadionunda böyük işlər görülüb. Bunun tikintisinə 400 milyon civarında pul xərclənib. Milli komandamızın Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirdiyi Kayseridəki stadionun inşaat xərcləri ilə bağlı bizə dedilər ki, bir oturacağın qiyməti 2000 avrodu. 3000-4000 avroluq da var. Lap böyük stadionlar da var və fərq edir. Ancaq 1 milyard dollarlıq stadion – bu, real qiymət deyil. Orada nə göl qurudulması var ki? Sadəcə, həmin sahədə təmizlik işləri görülür”.