Paytaxtda kütləvi inqilabi çağırışlar

“Tələbə qalx”, “Bəsdir qul olduq”, “Heft xalqındır ” şüarları divarları “bəzəyib”

 

Bakının Yasamal və Nəsimi rayonları ərazisində binaların divarlarına inqilabi şüarlar yazılıb. Ehtimal olunur ki, inqilabi çağırışlar gecə saatlarında divarlara həkk edilib. Səhər saatlarında sakinlər divarlarda “Neft xalqındır “, “Bəsdir qul olduq”, “Tələbə qalx” şüarlarının şahidi olublar. Şüarlar əsasən universitetlərin divarlarına yazılıb. Məlumatlara görə, Bakının digər rayonlarında yaşayış binalarının üzərində oxşar şüarlar yazılıb.
Məlumatlarda həmçinin bildirilir ki, səhər saatlarında Bakı rayonlarının icra başçıları ayağa qaldırılıb. Xüsusilə Yasamalın icra başçısı İbrahim Mehdiyev təlaş içində işə gələrək bütün divarlara yazılan inqilabi şüarları təcili pozmağı tapşırıb.

 

İnformasiya şöbəsi