Cavid Qurbanovun yol ötürücüsü dağılıb

5 nömrəli xəstəxananın yaxınlığında, Xan Xoyski küçəsində tikilən yol ötürücüsü yenidən təmir olunur. Bu yaxınlarda  Ilham Əliyev nəqliyyat naziri Ziya Məmmədovla, onun sağ əli Cavid Qurbanovun inşa etdiyi bu yol ötürücüsünün açılışında iştirak etmişdi. Açılışdan o qədər də çox vaxt keçməyib. Amma yol ötürücüsündə hansısa problemlər yaranıb.
Ziya Məmmədovla Cavid Qurbanov ehtiyat edir ki, “antikorrupsiya şousu” çərçivəsində rəqibləri bu faktdan istifadə edib onları “vurmağa” çalışar. Bu baxımdan korrupsiya faktını ört-basdır etmək üçün tez-tələsik yol ötürücüsünün təmiri barədə tapşırıq verilib.