Liviya diktatorunun son qalası da əlindən çıxır
Liviyada gərginlik davam edir. Müəmmər Qəzzafinin son qalası olaraq göstərilən paytaxt Tripolidə üsyançılarla hökumət qüvvələri arasında silahlı toqquşma yaşanıb. Qəzzafiyə sadiq əsgərlər və müzdlular Tripolinin Tajura məhəlləsinə sığınan üsyançılara hücum edib. Tripolinin müxtəlif yerlərinə keçirilən antiQəzzafi mitinqlərində Liviya diktatorunun istefası tələb olunub.
“Reuters” agentliyinə danışan şahidlərin sözlərinə görə, Qəzzafi tərəfdarları diktatorun istefasını istəyən müxalifət təmsilçilərinə hücum zamanı gözyaşardıcı qaz bombasından istifadə edib. Paytaxtın mərkəzindəki Yaşil meydanda çoxlu sayda müxalifətçi ilə Qəzzafi tərəfdarları arasında atışma baş verib.
Cümə namazından sonra başlayan etiraz aksiyasından öncə şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Qəzzafinin əmriylə hərəkət edən əsgərlər şəhərin müxtəlif yerlərində keçid-buraxılış məntəqəsi yaradıb. Diktatora sadiq silahlılar hətta hadisələri işıqlandırmaq üçün Liviyaya ezam olunmuş jurnalistlərin işləmək imkanını məhdudlaşdırıb. Media təmsilçilərinin məskunlaşdıqları “Rixos Otel”dən çıxmasına icazə verilməyib.
Tripoli və Benqazidə internet kəsildi
Liviyada hökümət əleyhinə etirazların başlamasından bu yana internetə maneəsiz çıxış imkanları dünən məhdudlaşdırılıb. Dünən səhər saatlarından etibarən Tripoli və Benqazidə internet tamamilə kəsilib.
Qəzzafi yeni bombalama əmri verdi
Liviya diktatoru dünən əmrindəki silahlı dəstələrə Breqa və Əcdəbiyyə şəhərlərini bombalamaq haqda göstəriş verib. “Əl Ərəbiyyə” televiziyası Qəzzafiyə bağlı güclərin ölkənin şərqindəki neft treminallarının olduğu Breqa şəhərinə hava zərbələri endirib.
“Reuters” agentliyi onu da əlavə edib ki, bir savaş helikopteri Liviyanın şərqindəki Əcdəbiyyə şəhərində üsyançıların nəzarətindəki hərbi bazaya hava zərbələri endirib. Haniyyə bazasındakı cəbbəxananı qorumaq üçün təyin olunan mühafizəçi helikopterdən atılan bombanın bazaya zərər vermədiyini, ərazidən kənarda yerə düşərək partladığını söyləyib.
Qətərin “Əl Cəzirə” televiziyası Liviyanın şərqindəki neft bölgəsi olan Ras Lanuf və paytaxt Tripolidən 50 km qərbdə uzaqlıqda yerləşən Zəviyyə şəhərində Qəddafi tərəfdarları ilə üsyançılar arasında silahlı qarşıdurma yaşandığını bildirib.
Qeyd edək ki, Diktatora sadiq qüvvələr çərşənbə günü strateji önəmə sahib Breqa şəhərini iki dəfə bombalamışdı. Liviya liderinin oğlu da açıqlamasında bu şəhərin bombalanması əmrinin atası tərəfindən verildiyini təsdiqləmişdi. Məqsəd üsyançıları qorxutmaq və neft sahələrinə nəzarəti ələ keçrimək olub.
Beynəlxalq Polis Təşkilatı “İnterpol” Liviya lideri Müəmmər Qəzzafi və yaxınları haqqında “narıncı xəbərdarlıq” yayımlayıb. Həmin xəbərdarığa əsasən “İnterpol”a üzv ölkələr Qəzzafi və siyahıda adı göstərilən şəxslərin təhlükəli olduqları bildirilib.
“İnterpol” Qəzzafi və adamlarını təhlükə mənbəyi elan etdi
“İnterpol”un açıqladığı siyahıya dinc vətəndaşlara hava hücumunda eləcə də etriazçılara qarşı bütün silahlı təzyiqlərdə əli olanlar daxil edilib. Həmin şəxslərin səyahət etməsi, ya da varidatlarını başqa ölkəyə transfer etmək niyyətləri həm Liviya həm də başqa ölkələr üçün təhlükə mənbəyi élan olunub.
Diktatorun 100 milyonu İngiltərədə tutuldu
Tripoliyə doğru hərəkət edən ancaq təhlükəsizlik məqsədiylə limana yanaşamayaraq İngiltərənin şərqindəki Harviç limanına dönən yük gəmisi ingilis sərhədçiləri tərəfindən saxlanılıb. Həmin gəmidə daşınan Liviyaya aid 100 milyon funt sterlinq pula həsb qoyulub.
“Yük gəmisində bəlli mqidarda Liviya pulunun daşındığı məlum olub. Gəmi BMT TŞ-nın sanksiyalarına əsasən dayandırlıb”, – deyə İngiltərə Daxili İşlər nazirliyinin yaydığı açıqlama deyilir.
Obamadan qəti tələb:“Qəzzafi getməlidir”
ABŞ prezident Barak Obama Liviyadakı hadisələrə münasibət bildirib. Obama Ağ evdə meksikalı həmkarı Felipe Kalderonla birgə keçirdiyi mətbuat konfransında Liviya lideri Müəmmər Qəzzafini istefa verməyə çağırıb.
“İnsanlara qarşı zorakılağa son qoyulmalıdır. Müəmmər Qəzzafi artıq legitimliyini itirib və o, vəzifədən getməlidir. Liviya xalqına qarşı zorakılıq törədənlər, buna yol verənlər məsuliyyət daşıyırlar”, – deyə Barak Obama söyləyib.
Ağ ev rəhbəri Liviya xalqının apardığı mübarizəni azadlıq uğrunda mübarizə adlandırıb:“Liviyalılar demokratiyaya can atır. Onlar öz mənliklərinin və şəxsi azadlıqlarının qorunmasını tələb edilər. Liviya xalqı bu təbii istək və azadlıqlarını əldə etməlidir”.
Barak Obama onu da əlavə edib ki, o, ABŞ-a məxsus bütün hərbi və mülki təyyarələrin Liviyadakı xarici vətəndaşları evkuasiya etməsinə icazə verib.
Müxalifət diktatorla danışıqlardan imtina etdi
Liviyanın şərqində etirazçı xalq kütlələrinə rəhbərlik edən müxalifət Liviya rəhbəri diktator Muəmmər Qəzzafi rejimi ilə danışıqlardan tam olaraq imtina edib.
“Əgər hər hansı bir danışıqlardan söhbət gedə bilərsə, bu yalnız Qəzzafinin ölkəni tərk etməsindən və ya öz vəzifəsindən istefa verməsindən sonra olacaq. Biz insanların həyatını qorumaq üçün bu qərarı verə bilərik. Başqa heç bir deyiləcək söz yoxdur”, – deyə Milli Liviya Şurasının nümayəndəsi bildirib.
Turan
***
Obamadan qəti tələb: “Qəzzafi getməlidir”
Liviya müxalifəti diktatorla danışıqlardan imtina etdi
Liviyanın şərqində etirazçı xalq kütlələrinə rəhbərlik edən müxalifət Liviya rəhbəri diktator Muammar Qəzzafinin rejimi ilə danışıqlardan tam olaraq imtina edib, – “RİA Novosti” xəbər verir.