Yəmən prezidenti Əli Abdulla Saleh yaxın 9 ay ərzində postunu tərk etməyə razılaşıb.
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, müxalifətin də əsas tələbi bu olub.
Əli Abdulla Saleh postunu 2011-ci ilin sonunda tərk edəcək və hakimiyyəti demokratik partiyalara verəcək. Hazırda isə Yəmən prezidentinin istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edən aksiyaçılara hücumla bağlı halların araşdırılması üçün komissiya formalaşdırılacaq. Bu mitinqlər zamanı 27 nəfər öldürülüb. Zərər çəkənlərin hamısının ailəsi dövlət hesabına kompensasiya alacaq.