Erməniliyin terrorçu xisləti

Yaxud insanlığın məhvinə yönəlmiş «torpaq savaşı»

 

Ermənistanın təcavüzkar siyasətində diqqətçəkən məqamlardan biri də bu ölkənin iddialarını gerçəkləşdirməsi üçün terroru əsas vasitəyə çevirməsidir. Terror Ermənistanın “Qarabağ siyasəti”nin ayrılmaz hissəsi olaraq türk etnosunun məhvinə yönəlib. Hər halda faktlar ermənilərin Azərbaycana qarşı yalnız ərazi iddiasında olmadığını göstərir. Təkcə Xocalı soyqırımı ermənilərin türk qanına susadığını sübut etmək üçün yetərlidir. Bununla belə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin əsl mahiyyətini açmaq üçün erməni terroru ilə bağlı məhkəmə materiallarından və müxtəlif rəsmi mənbələrdən əldə etdiyimiz bəzi faktları diqqətə çatdırmağı lazım bilirik. Bəri başdan qeyd edək ki, aşağıda xronologiyasını təqdim etdiyimiz terror aktları Ermənistanın xüsusi xidmət orqanları və erməni diasporlarının dəstəyi ilə həyata keçirilib.

 

Erməni terrorunun xronologiyası

16 sentyabr 1989-cu il: “Tiflis-Bakı” marşrutu ilə hərəkət edən “Ikarus” markalı sərnişin avtobusu Yevlax rayonu ərazisində partladılıb; 5 nəfər həlak olub, 27 nəfər isə müxtəlif bədən xəsarəti alıb.
13 fevral 1990-cı il: Yevlax-Laçın yolunun 105-ci kilometrliyində “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılıb; 13 nəfər ağır yaralanıb.
11 iyul 1990-cı il: Ağdərə rayonunun “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılıb; həmçinin dinc əhalinin olduğu maşın karvanına qarşı terror aksiyası keçirilib; 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
10 avqust 1990-cı il: “Tiflis-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb; 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılıb; 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.
30 noyabr 1990-cı il: Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılıb; 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. 
9 yanvar 1991-ci il: “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı həyata keçirilib; 4 nəfər qətlə yetirilib. 
30 may 1991-ci il: Rusiya Federasiyası Dağıstan  Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb; 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.
31 iyul 1991-ci il: Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb; 16 nəfər həlak olub, 22 nəfər yaralanıb.
2 avqust 1991-ci il: Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53″ markalı avtomaşın partladılıb; 7 nəfər ağır xəsarət alıb.
21 avqust 1991-ci il: Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılıb; 1 nəfər həlak olub, 5 nəfər ağır bədən xəsarəti alıb.
8 sentyabr 1991-ci il: “Ağdam-Xocavənd” avtobusu atəşə tutulub; 4 nəfər qətlə yetirilib, 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobus da  atəşə tutulub; 8 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
26 sentyabr 1991-ci il: “Yevlax-Laçın” yolunda “VAZ-2106″ markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılıb; 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.
19 oktyabr 1991-ci il: Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında “UAZ-469″ markalı avtomaşın partladılıb; 2 nəfər həlak olub, 1 nəfər ağır yaralanıb.
20 noyabr 1991-ci il: Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “MI-8″ vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – 19 nəfər həlak olub.
26 dekabr 1991-ci il: Şuşa-Laçın yolunun 4-cü kilometrliyində “ZIL-130″ və ”Moskviç” maşınları partladılıb, 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.
8 yanvar 1992-ci il: Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.
28 yanvar 1992-ci il: “Ağdam-Şuşa” marşrutu ilə uçan MI-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən atəşə tutulub; əksəriyyəti qadın və uşaq olan 44 nəfər həlak olub.
2 iyun 1993-cü il: Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılıb; dövlətə külli miqdarda maddi ziyan dəyib.
30 avqust 1993-cü il: Hadrut rayonu ərazisində içərisində “QAZ-66″ markalı sərnişin avtobusu partladılıb; 4 nəfər həlak olub, 8 nəfər ağır dərəcədə yaralanıb.
19 mart 1994-cü il: Bakı metropolitenin “20 Yanvar” stansiyasında partlayış törədilib; 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
3 iyul 1994-cü il: Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında qatar partladılıb; 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktlardan göründüyü kimi, ermənilər Azərbaycana qarşı ərazi iddiaları sürdüyü ilk illərdən terror aktlarına start verib.  Münaqişə qızışandan sonra da terror davam edib və yenə də hədəf dinc əhali olub. Ermənilərin torpaq uğrunda savaşdığı, “xalqların müqəddəratını təyinetmə” hüququna söykəndiyi iddiası ilə hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmək və nəticədə yüzlərlə günahsız insanı qətlə yetirmək bir araya sığmır. Bu, bütöv bir xalqı məhv etmək niyyətindən xəbər verir.

Terrorçu millət bəşəriyyət üçün təhlükədir

Erməni terrorunun tarixi Qarabağ münaqişəsinin ilk illəri olaraq götürülməməlidir. Ermənilər hələ 19-cu əsrdə terror birlikləri quraraq türk millətinə qarşı qanlı savaş açıblar. Bu sırada 1885-ci ildə yaradılan “Armenakan”, 1887-ci ildə yaradılan “Hnçak”, 1890-cı ildə yaradılan “Daşnaksütyun” təşkilatlarının adını çəkmək olar. Bu təşkilatlar müxtəlif vaxtlarda Azərbaycan və Türkiyə ərazilərində çoxsaylı terror aktı həyata keçirərək minlərlə insanı qətlə yetirib. Sonrakı illərdə bu təşkilatlar genişləndirilib, müxtəlif ölkələrdə yeni terror qrupları yaradılıb və türk millətinə qarşı qətliamlar davam etdirilib. Hazırda əsas erməni terror təşkilatları aşağıdakılardır;
ASALA (Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu) – 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşir.
“Erməni azadlıq cəbhəsi” – 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
“Erməni soyqırım ədalət komandosları” – 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
“Erməni azadlıq hərəkatı” (AOD) – 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
“Orli qrupu” – 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
“Erməni birliyi” – 1988-ci ildə Moskvada yaradılıb. “ASALA” ilə sıx əlaqələri var, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Həmçinin Dağlıq Qarabağa silah və muzdluların ötürülməsini həyata keçirir.
“Geqaron” – 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
“Apostol”: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Ermənilərin xeyli sayda terror təşkilatları yaratması da onların mahiyyət etibarilə terrorçu olduqlarını düşünməyə əsas verir. Terror erməniliyin xislətidir. Elə ona görə də ermənilər torpaq uğrunda savaşı insanlığa yönəlik qanlı akt kimi qavrayırlar. Fikrimizcə, bu fakt beynəlxalq aləmi də ciddi düşündürməlidir. Çünki məqsəd və niyyətlərini yalnız terror vasitəsilə həyata keçirməyi doğru sayan ermənilər və ermənilik bəşəriyyət üçün də böyük təhlükədir.

Vidadi Məmmədov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb