Məhəmməd Məcidli İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub
AXCP sədri Əli Kərimli partiyada vəzifə təyinatı ilə bağlı yeni sərəncam verib. Sərəncama əsasən Məhəmməd Məcidli AXCP İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.
Məhəmməd Məcidli AXCP-nin gənc kadrlarından olmaqla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aspirantıdır.
Məcidli 1973-cü ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olub. 1990-92-ci illərdə Böyük Mərcanlı kəndində musiqi müəllimi işləyib.
1992-ci ildən Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edib. Döyüşlərdə iki dəfə yaralanıb. Müharibə veteranıdır.
2000-ci ildə BDU-nın tarix fakültəsinə daxil olub, 2006-cı ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
2006-2009-cu illərdə AMEA-nın Tarix İnstitunda aspirantura təhsili alıb.
1989- cu ildən AXC, 1995-ci idən AXCP üzvüdür.
2002-ci ildən AXCP BDU şöbəsinə rəhbərlik edib. 2010-cu ildə AXCP-nin Cəbrail-Qubadlı dairəsindən deputatlığa namizədi olub.
Qeyd edək ki, AXCP İctimaiyyətlə Əlaqələr şöbəsinin Məhəmməd Məcidlidən əvvəlki müdiri Seymur Həziyev partiyanın Rəyasət Heyətinə seçildiyi üçün bu vəzifədən istefa verib.