Dissertasiya qalmaqalı müdafiə nazirini bitirdi
Almaniyanın müdafiə naziri Karl-Theodor zu Guttenberg plagiat doktorluq dissetasiyası qalmaqalının ardınca bu gün vəzifəsindən istefa verib.
39 yaşlı nazirin dissertasiyasını bir hissəsinin mənbə göstərmədən köçürülməsininin ardınca Alman mediası ona “Baron copy-paste”, “Zu Googleberg” ləqəbləri qoymuşdu.
Almaniyanın ən populyar naziri olan Zu Guttenberg qalmaqalın ardınca ötən həftə doktorluq dərəcəsindən imtina etmişdi. Martın 1-i isə müdafiə naziri postundan istefa verdiyini deyib. Qutenberq mediaya bildirib ki, istefa qərarını Baş kansler Merkelə təqdim edib, və bu siyasi həyatnın ən ağır addımı idi.