Meydanda hakimi döydülər
Hansı komanda rəqibinə rüşvət təklif edib?
I divizionun XVI turunun oyunlarından birində dava düşüb. “Şuşa” və “Neftçi” ISM arasında baş tutan qarşılaşma yumruq davasıyla nəticələnib.Gərginliyi və sərtliyi ilə diqqəti çəkən ikinci yarıda “Neftçi” ISM-in məşqçilər korpusu hakim Feyzulla Feyzullayevin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Daha sonra “Şuşa”nın futbolçusu Orxan Lələyevi bilərəkdən zədələyiblər. Belə ki, rəqib oyunçu topsuz olduğu halda, onun qarın nahiyəsinə ayaqla zərbə vurublar. Bu zaman “Şuşa”nın heyəti və məşqçiləri meydana daxil olaraq, hakimin üzərinə hücum çəkiblər. Nəticədə Feyzullayev həmin futbolçuya qırmızı vərəqə göstərib.Oyunun 90-cı dəqiqəsində isə hər iki komandanın futbolçuları meydanda əsl əlbəyaxa davaya qalxıblar. Şahidlərin sözlərinə görə, hətta hakimləri də döyüblər.“Şuşa” – “Neftçi” ISM oyununu Feyzulla Feyzullayev, Nahid Əliyev, Vasif Məmmədov və Rövşən Rəcəbovdan ibarət hakimlər briqadası idarə edib.Başqa bir iddiaya görə, oyundan əvvəl “Neftçi” ISM “Şuşa”ya məğlub olması üçün pul təklif edib. Lakin “Şuşa” təklif qəbul etməyib.Oyunda qeydə alınan hesaba gəlincə, ilk yarıda “Şuşa” rəqib qapısından bir top keçirib. Lakin ikinci hissədə iki qol vuran “Neftçi” ISM qələbə qazanıb.
Azərbaycan futbolunda yumruq davası
•
•