Diktatorun qohumu ilə yaxınlıq naziri bitirdi

Ben Əli klanına üzv sahibkarla tətil keçirmək fransalı nazirə baha başa gəldi

 

Fransa prezidenti Nikola Sarkozi bazar ertəsi ölkənin xarici işlər naziri Mişel Al Marini istefaya göndərməyə hazırlaşır. Prezidentə yaxın mənbələrin verdiyi məlumata görə, xarici işlər nazirinin istefaya göndərilməsinə səbəb onun Tunisin devrilmiş lideri Zeynal Abidin Ben Əli klanına üzv olan biznesmenlə sıcaq münasibətləridir.
Mişel Al Marini əvəzləyəcək şəxslər sırasında keçmiş müdafiə naziri Alena Jupenin adı daha çox hallanır.
Xatırladaq ki, Al Mari yeni il tətilini Tunisdə məhz həmin sahibkarla birgə keçirib. Sahibkar xanım nazirin Tunisə gəlməsi üçün şəxsi təyyarəsini onun ixtiyarına verib. Bundan başqa nazirin otel və digər xərclərini ödəyib. Bu barədə məlumatların ortaya çıxmasından sonra Fransa müxalifəti nazirin istefasını tələb edirdi.