İndi nə deyirsiniz, bütün bunlara dözək?!

Sabirabadda insanlar etiraz etdilər, hətta həbs olunanlar da oldu, təyziqlə üzləşənlər də… Buna reaksiya hamıda təqribən belə oldu ki, “bəs Bakı niyə susur?”.
Facebook şosial şəbəkəsində demək olar ki, öz ölkəsinin taleyi ilə maraqlanan insanların soruşduğu bir sual vardı, bəs nə zaman qalxırıq!?
Burda mənim yadıma balaca bir hekayət düşdü. Siçanlar canını pişikdən qurtarmaq üçün qərara gəlirlər ki, pişiyin boynuna zınqırov assınlar, səs olsun, siçanlar da qaçıb qurtulsun. Qərar alınır, amma qəliz bir məsələ ortaya çıxır – zınqırovu pişiyin boynuna kim asaçaq?
İndi biz də hamımız soruşuruq, yazırıq, danışırıq, nələrinsə olacağını gözləyirik, hətta paytaxdan uzaq bir rayonda nəsə bir qarışıqlıq olur, biz yenə zınqırov haqqında düşünürük.
Biz doğurdanmı bu fürsəti ötürəcəyik, yenəmi utancverici bir rejimin qurbanları kimi yaşayacağıq, yenəmi haqqımızı kimlərinsə ayağları altından qaldıra bilməyəcəyik, ya da bütün dünyada millətlərin özünə sahibləndiyi bir vaxtda bütün gələcəyimizi, ömrümüzü, arzularımızı bir yığın YAP talançılarının əlində əsrlikdə saxlayacağıq?
Bəhanələri səbəblər kimi özümüzə sırıyıb bunun arxasında gizlənməyək artıq, dünyanın gözü qarşısında ən müti və qorxaq xalq damğasını qazanmaq istəmiriksə bir an əvvəl bu xalq ayaqlanmalıdır..
Son dövrlər bir-birinin ardınca dəhşətli hadisəlr olur, adamlar özünü yandırır, insanları polis döyüb öldürür, tələbə pulu olmadığından, ya da ondan istənilən rüşvəti ödəyə bilmədiyindən özünü öldürür… Bu faktlar inqilab olan ölkələrdə o üsyanı tətikləmişdi, bəs biz niyə susuruq, niyə 19 yaşlı bir gəncin, Cabbarın həbsinə onun həmyaşıdı reaksiya vermir. Sabah Bakının küçələri qaynayanda gənclərin, hamının ora axışacağından şübhəm yoxdur, amam bu qaynamanın olması üçün bir yerdən od vurulmalıdır axı…
Birini həbs edirlər, şərləyirlərsə demək kimsə bundan sığortalı deyil, polis bölməsində öldürülən Elvin məgər siyasətlə məşğuldu, yox, adi bir vətəndaşdı, ama bu rejimin qurbanı oldu, özünü yandıranlar siyasətlə məşğul idi, yox, amma bu iqtidarın zorakı rejiminin amansızlığı onlardan yan keçmədi. Demək ki, bu ölkədə “mən siyasətə qarışmıram” deyib öz ömrünü yaşadığını zənn edib bunula da ona bir şey olmayacağını zənn edənlər yanılır, çünki siyasətə qarışıb qarışmamaq əsaa deyil, əsas olan o siyasətin amansızlığının sənin ətrafında daima bir timsah kimi dolaşıb durmasıdır.
Bu gün kafelərdə, Universitetlərin həyətində saatlarla durub bəxtəvərcəsinə gülən gənclər, məgər Tibb Universitetinin tələbəsinin boğazına keçmiş ip bir gün sizin də boğazınız keçə bilməzmi? Keçər, çünki hamınız rüşvətə və yalana bulaşmış təhsil sisteminin parçalarısınız. Özünüzü kənar tutmağa çalışsanız da o Universitetlərin qapısından içəri girəndə eyniləşib hamılıqla rüşvət və yalan, saxtalıq adlı bir divin ağzında oturursunuz və bu divin nə zaman, harda kimi udacağı bəlli deyil. Əgər özününüzü qorumaq istəyirsinizsə onda o divi zərərsizləşdirmək lazımdır, bunun üçün Məlikməmməd olub sadəcə istu quyunun qaynar olan hissəsindən keçmək səbrini və dözümünü nümayiş etdirmək lazımdir.
Tunis, Misir, indi Liviya… Yüzlərlə gənc həyatını itirdi, bizdə də insanlar ölə bilir, bəlkə mən, sən, tanıdığımız, tanımadığımız insanlardan kimləsə qurban gedəcək, timsah xislətli iqtidarın qanlı dişində məhv olacaq, amma onlar ölməsə minlər, yüslər olməzə milyonlar yaşaya bilməz. Bu çoxlarına amansız görünə bilər, amma hər gün evimizə əxlaqsızlıqla soxulub bizim mənəviyyatımızı, əxlaqımızı öldürənlərlə, qadınlarımızın adının ən aşağı işlərdə hallanması ilə kişi qürurunun sınmasınına dözməkdənsə, bir yığın məmurun harinlığı ilə adam yerinə qoyulmadan yaşayıb hər gün ölməkdənsə şərəflə ölmək daha düz deyilmi? Axı gündəlik mədəyə çörək qazanmaqla yaşadığını zənn etmək də yaşamaq deyil.
Mən burdan oxucuma müraciət edirəm, sənin həyatının hər dəqiqəsi, günü, anı bölünməyibmi? Yaşadaqlarından bezməyibsənmi? Gündəlik eyni işləri görüb qəpiyi-qəpiyə çalamaqdan yorulmamısanmı? Gözünün qarşısında yaramaz birinin ancaq quldurluqla yaxşı məşğul olduğuna görə varlanıb sənə hava ataraq aşağılamasından ürəyin qübarlanmayıbmı? Hər şeyi ilə səndən aşağı birinin qapısı arxasında saatlarla, günlərlə növbə gözləyib onun-bunu qarşısında boynu büküb durmaqdan, haqqının, əxlaqının, mənəviyyatının, sənə aid olan nə varsa ayaqlar altına alınıb tapdanmasından, hər gün tv-lərdən sənə sırınan yalan dolu mənəviyyatsızlıqlardan bezməmisənmi?!.
Nəhayət, valideyinlər, məktəbə apardığınız övladlarınızın “bizim sinifdə filankəs belə geyinir, belə maşında gəzir” deyib sizdən də nələrsə tələb edəndə içinizə dolmuş qəhəri, qəzəbi uda-uda yaşamaqdan usanmadınızmı?! Bu yaxşı yaşayb zəngin olanlar sənin, mənim, onun pulunu oğurlaya-oğurlaya yediyi yemək, gəzdiyi maşın, yaşadığı ev, geydiyi paltar, hətta məşuqəsinə aldığı ətur, zinət əşyalarını bizim pullarımızla almayıbmı?!
İndi nə deyirsiniz, bütün bunlara dözək?!