Pərviz Həşimli MSK sədri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət etdi
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahovla bağlı Baş Prokurorluğun Koorupsiyaya Qarşı Mübarizə Idarəsinə şikayət yollayıb.
Hüquq müdafiəçisi şikayətində MSK-dakı korrupsiya faktlarını göstərib. Şikayətdə qeyd olunub ki, Azərbaycanın seçki komissiyaları korrupsiyalaşıb. O, fakt kimi yerli seçki komissiyalarında təmsil olunan şəxslərin dövlət büdcəsindən onlar üçün nəzərdə tutulan əmək haqlarını ala bilməmələri qeyd olunub. Belə ki, seçki qanunvericiliyinin tələblərinə əsasən seçici siyahılarının hazırlanması ilə bağlı məntəqə seçki komissiyalarının üzvlərinə verilməli olan əmək haqları mənimsənilib. Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi isə formal olub. Şəhərlərdə yerli MIS-lərdən, rayonlarda isə yerli icra orqanlarından alınan siyahılar hesabına seçici siyahıları elan edilib.
P.Həşimli həmçinin, M.Pənahovun paytaxtda dəyəri 100 milyonlarla ölçülən iri biznes strukturlarına sahib olması faktına da diqqəti çəkib.