«Azəryolservis»in şefi Dərnəgüldəki bazara görə niyə kompensasiya ödəmək istəyir?
“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov Dərnəgüldəki taxta bazarının sökülməsinə görə, orada fəaliyyət göstərən sahibkarlara kompensasiya veriləcəyini bildirib. Xatırladaq ki, bazarın yol genişləndirilməsinə görə sökülməsi planlaşdırılır. Maraqlıdır ki, bu məsələ gündəmə gələndə Cavid Qurbanov kompensasiyadan danışmırdı. Bu baxımdan sahibkarlar bazarın sökülməsinə ciddi təpki göstərirdilər. Amma “Azəryolservis”in rəhbəri sahibkarlara kompensasiya veriləcəyini deyir.
Əldə etdiyimiz məlumatlara görə, Cavid Qurbanovun mövqeyini dəyişməsi səbəbsiz deyil. Həmin bazar prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Orada fəaliyyət göstərən sahibkarların da bir çoxu Bəylər Əyyubova yaxın şəxslərdir. Məhz onun təzyiqi nəticəsində də Cavid Qurbanov kompensasiya ödəmək qərarına gəlib. Əslində Dərnəgül bazarı da “Azəryolservis” şefinin yol tikintisi və genişləndirilməsi bəhanəsilə sökdüyü digər obyektlər və evlər kimi söküləcəkdi.
İnformasiya şöbəsi