Liviyaya qarşı tətbiq olunacaq sanksiyaları müzakirə edən Avropa Birliyi ilk olaraq bu ölkəyə hər cür silah satışını dondurub. Bu barədə AB-nin beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun sözçüsü Maya Kocijankik məlumat verib. O, Liviyaya silah satışlarının və satış iznlərinin dondurulduğunu bildirib.
2009-cu ilin statistik rəqəmlərinə görə, Liviyaya silah satan ölkələr arasında 112 milyon avro ilə İtalya ilk yerdədir. Bundan sonra müvafiq olaraq 80 milyon avro ilə Malta, 53 milyon avro ilə Almaniya, 30.5 milyon avro ilə Fransa, 25.5 milyon avro ilə İngiltərə və 22 milyon avro ilə Belçika gəlir.