«Fətullayevin dərhal azad edilməsinə çalışın»

13 beynəlxalq təşkilat Avropa Şurası Nazirlər Komitəsini baş redaktorun həbsdən buraxılmasına nail olmağa çağırıb

 

Söz azadlığı və mətbuatı müdafiə sahəsində fəaliyyət göstərən 13 beynəlxalq təşkilat jurnalist Eynulla Fətullayevin azad olunmasına yardım etmək çağırışı ilə Avropa Şurası Nazirlər Komitəsinə müraciət qəbul edib.
Müraciətdə Xarici Işlər Nazirləri Komitəsinin üzvləri Komitənin 8-10 mart tarixli iclasında Azərbaycan hakimiyyətinin Avropa Insan Hüquqları Məhkəməsinin 2010-cu il tarixli Eynulla Fətullayevin dərhal azad edilməsi haqqında qərarını icra etməsinə nail olmaq üçün əllərindən gələni etməyə çağırılır.
Müraciəti “Sərhədsiz reportyorlar”, Artikl 19, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House və başqaları imzalayıb.