Ben Əlinin xanımını da həbs gözləyir

Tunis hakimiyyəti Leyla Trabelsinin ekstradisiyası üçün də Səudiyyə Ərəbistanına müraciət etdi

 

Türkiyə mətbuatı Tunis Xarici İşlər Nazirliyindəki mənbəyə istinad edərək yazıb ki, Tunus hakimiyyəti devrilmiş prezident Zeynal Abidin Ben Əlinin həyat yoldaşı Leyla Trabelsinin ekstradisiya olunması üçün Səudiyyə Ərəbistanına rəsmi müraciət ünvanlayıb.
Xatırladaq ki, Tunis hökuməti Səudiyyə Ərəbistanında olan eks prezident barəsində cinayət və cinayətə sövq etmək maddəsiylə cinayət işi açıb. Tunis hakimiyyəti devrilmiş prezident Zeynal Abidin Ben Əlinin ekstradisiya olunması üçün Səudiyyə Ərəbistanına müraciət etmişdi.

 

İnformasiya şöbəsi