AXCP hərbi hissələrdən birində 7 əsgərin ölümü ilə nəticələnən faciəli hadisə barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, partiya bu faciəni böyük kədərlə qarşılayır və vəfat edənlərin yaxınlarının kədərini bölüşür.
AXCP silahlı qüvvələrdə vaxtaşırı təkrarlanan, müəmmalı ölümlərdən ciddi narahatlığını bildirərək, hakimiyyətin ordu sıralarında baş verən neqativ və qanlı hadisələri “cəmiyyətdən ört-basdır etməsini” şiddətlə pisləyir.
AXCP hesab edir ki, ordu cəmiyyətin diqqət mərkəzində olmalıdır. Vətənin müdafiəsi həvalə olunan qurumun şəffaflığı vacib tələb kimi təşkil edilməlidir.
AXCP bəyan edir ki, əsgər və zabitlərimizə maksimum firavan və qanunauyğun şərait yaradılmalıdır ki, onlar öz vəzifələrini qanunauyğun yerinə yetirə bilsin. Çox təəssüf ki, hərbi qulluqçular haqq etdikləri bu imkandan uzun illərdir məhrumdurlar. Bu məhrumiyyət ucbatından ordu sıralarında cəmiyyətimizi sarsıdan xoşagəlməz hadisələr, cinayətlər baş verir.
AXCP hökümtədən ötən gün “N” saylı hərbi hissədə baş verənlər haqqında aydın izahat verilməsini, əsl günahkarların müəyyən edilməsini, əsgər və zabitlərimizin orduda təhlükəsiz xidmət göstərməsi üçün lazım olan tədbirlərin görülməsini tələb edir.
AXCP 7 əsgərin ölümü ilə bağlı bəyanat verdi
•