Kremlin içindən azad seçki tələbi

Baş nazirin müavini Aleksey Kudrin:“Azad və ədalətli seçki olmadan islahatlar aparmaq mümkün deyil”

 

“Növbəti prezident və parlament seçkiləri hökumətə maliyyə böhranı sonrası yeni iqtisadi islahatların keçirilməsi imkanı yaradacaq. Əlbəttə ki, əgər bu seçkilər azad və ədalətli baş tutarsa”. Belə bir bəyanatla Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin çıxış edib.
Krasnoyarsk vilayətində təşkil olunmuş forumda çıxış edən maliyyə naziri bildirib ki, Rusiyada növbəti illərdə keçiriləcək seçkilərin xalqın iradəsini əks etdirməsi olduqca vacibdir. Kudrinin fikrincə, seçici ölkənin bütün ictimai- siyasi həyatını təmsil edən qüvvələrin seçimlərdə iştirakına əmin olmalıdır. Yalnız belə bir seçki təxirəsalınmaz islahatların həyata keçirilməsinə təkan verə bilər. Hökumət təmsilçisi onu da vuğulayıb ki, əks halda ölkədə köklü və radikal islahatların aparılmasının ləngiməsi qaçılmaz olacaq:“Azadlıq, azadlığın olmamasında daha yaxşıdır. Bu sahədə bizim qət edəcəyimiz yol uzundur”.

 

İnformasiya şöbəsi