Bir milyardlıq stadion 300 milyona düşdü

Cəmiyyətdə ictimai qınaqla üzləşən layihənin dəyəri ucuzlaşdırılıb

 

Dövlət Neft Şirkətinin Bakıda layihə dəyəri bir milyard dollar olan 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlamasını bəyan etməsi böyük marağa səbəb oldu. Qəzetimizin ötən saylarında bu xərclərin həddən artıq şişirdildiyi barədə yazı dərc edilmişdi. Dünyanın möhtəşəm stadionlarından da baha olacaq Bakı stadionunun çoxmilyonlu korrupsiya layihəsi olduğunu da qeyd etmişdik. Görünür, mətbuatın və ictimaiyyətin reaksiyası layihəni həyata keçirmək istəyənləri geriyə çəkilməyə məcbur edib. ARDNŞ stadionun layihə dəyərini açıqlmasa da, bunun bir milyard manatdan az olduğunu deyib.  
Gənclər və Idman naziri Azad Rəhimov isə layihənin 300 milyon manat dəyərində olduğunu, son layihənin isə bundan da ucuz olacağını deyib. Nazirin sözlərinə görə, Böyük Şor deyilən ərazidə inşa ediləcək stadion Parisin “Stad de Frans” stadionuna oxşar bir layihədir.
Görünür, antikorrupsiya tədbirlərinə start verən hökumət təpkilər qarşısında geri çəkilməli olub.

 

Fizzə