Bu körpə sizin mərhəmətinizə ehtiyac duyur

Redaksiyamıza II qrup Qarabağ əlili Şamil Qurbanov adından məktub daxil oub. Məktubda Qarabağ əlili övladının müalicəsi üçün yardım istəyir. Şamil Qurbanov qəzetimiz vasitəsilə xeyirxah və mərhəmətli insanlara müraciət edir: “Oğlum Qurbanzadə Xalid əlildi – həm eşitmir, həm də danışmır. Həkimlər onun eşidib danışması üçün əməliyyat olunmasının vacibliyini bildiriblər. Əməliyyat çox baha olduğundan dövlət orqanlarına, prezidentə, Heydər Əliyev Fonduna dəfələrlə müraciət etdik, nətcəsi olmadı. Ümüdimiz yalnız xeyirxah insanlaradır…”.
Xalid Qurbanzadəyə kömək etmək istəyənlər hesab nömrəsini və əlavə məlumatlar öyrənmək üçün bu ünvana daxil ola bilərlər.

 

http://xalid.blog.com/