Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edən Volfqanq Qrossruk bu gün AXCP sədri Əli Kərimli ilə görüşüb.
Görüşdə ötən parlament seçkilərinin nəticələri dəyərləndirlib. AXCP sədri seçkidən sonra baş tutan bu ilk görüşdə qonağın nəzərinə total seçki saxtalaşdırılmasından, xalqın iradəsinə zidd parlament formaşmasından danışıb. Əli Kərimli bildirib ki, seçkilər zamanı hər hansı rəqabət mühiti, seçki kampaniyası dövründə sərbəst toplaşmaq azadlığı olmayıb, söz- mətbuat azadlığı məhdudlaşıdırıb, siyasi partiyalar və bloklar təşviqat kampaniyasından kənarda saxlanılıb. Bütün bu qanun pozuntuların mötəbər beynəlxalq təşkilatların hesabatlarında əks olunması da qonağa xatırlanılıb.
AXCP sədri iki ciddi iradını da cənab Volfqanq Qrossruka deyib. Ə.Kərimli bildirib ki. hər seçkidən sonra beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə tədrici demokratikləşmə üçün tövsiyələr hazırlayır, lakin onların heç biri yerinə yetirilmir. Bu halda isə, çox təəssüf ki, bəzi beynəlxalq təşkilatların təmsilçiləri real dəyişiklər üçün yox, hökumətin demokratiyanı imtasiya etmək siyasətinə kömək istiqamətində fəaliyyət göstərir. Bu cür fəaliyyət isə Azərbaycan müxalifətində və vətəndaş cəmiyyətində dərin məyusluq yaradır.
Ə.Kərimli 7 noyabr seçkisindən sonra Qrossrukun ATƏT-in Varşava bürosuna yazdığı, mətbuata sızan gizli məktubu haqda da söz açıb.
AXCP sədri Volfqanq Qrossruka bildirib ki, onun məktubda beynəlxalq təşkilatları Azərbaycan hökumətinə yumşaq davranış nümayiş etdirməyə, daha loyal ifadələrlə danışmağa çağırış etməsi onların təəccübünə və məyusluğuna səbəb olub. Bu kimi halların cəmiyyətdə beynəlxalq qurumlara qarşı etimadsızlıq yaratdığı diqqətə çatdırılıb.
Əli Kərimli ATƏT rəsmisini qınaq atəşinə tutdu
•
•