Yoldaşlıq görüşündə sensasiya

Messi və Ronaldo bu dəfə yığma komandalarla üz-üzə gəldi

FIFA-nın milli komandalar üçün açdığı pəncərədən istifadə edən dünyanın bir sıra yığmaları arasında yoldaşlıq görüşləri keçirilib. Dünyanın iki futbol nəhəngi – Fransa və Braziliya da yoldaşlıq oyununda üz-üzə gəlib. Oyun fransızların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadakı yeganə qolu 54-cü dəqiqədə Kərim Benzema vurub.
Ispaniya La Liqasında rəqib olan Lionel Messi (Barselona) və Kriştiano Ronaldo (Real) bu dəfə yığmanın heyətində üz-üzə gəlib. Argentina və Portuqaliya arasındakı qarşılaşmada hesabı 14-cü dəqiqədə “Real”ın oyunçusu Angel Di Maria açıb. 21-ci dəqiqədə “Kral Klubu”nun digər üzvü – Kriştiano Ronaldo tarazlığı bərpa etsə də, Messi oyunun son saniyələrində vurduğu qolla Argentinaya qələbə qazandırıb.
Son Avropa və dünya çempionu Ispaniya Kolumbiya ilə qarşılaşıb. Dünyanın ən güclüləri cənubi amerikalılara çətinliklə qalib gəlib – 1:0. Yeganə qola 86-cı dəqiqədə David Silva imza atıb.
Qafqazdakı qonşularımız da yoldaşlıq oyunu keçirib. Ermənistan Gürcüstanla qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Cənub qonşumuz Iran isə şimal sərhədlərimizdəki Rusiyanı minimal hesabla məğlub edib.
Gecənin sürprizi Lüksemburq – Slovakiya oyununda qeydə alınıb. “Cırtdan ölkə” yığması Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibləri olan komandalar da yoldaşlıq oyunu keçirib. Qazaxıstan Belarusla qarşılaşıb və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Türkiyə yığması Cənubi Koreya ilə qolsuz (0:0), Belçika Finlandiya, Almaniya isə Italiya ilə qollu (1:1) heç-heçəyə razılaşıb. Avstriya isə Hollandiyaya məğlub olub.
Yoldaşlıq oyunlarında qeydə alınan digər nəticələri təqdim edirik:

Malaziya – Honq Konq 1:0
Moldova – Andorra 2:1
San Marino – Lixtenşteyn 0:1
Yunanıstan – Kanada 1:0
Boliviya – Latviya 1:2
Makedoniya – Kamerun 0:1
Xorvatiya – Çexiya 4:1
Israil – Serbiya 0:2
Nigeriya – Sierra Leone 2:1
Cənubi Afrika – Keniya 2:0
Albaniya – Sloveniya 1:2
Bolqarıstan – Estoniya 2:2
Danimarka – Ingiltərə 1:2
Malta – Isveçrə 0:0
Norveç – Polşa 0:1
Şotlandiya – Şimali Irlandyia 3:0
Mərakeş – Nigeriya 3:0
Venesuela – Kosta Rika 2:2
Meksika – Bosniya və Herseqovina 2:0
El Salvador – Haiti 1:0