Monarxiyanın dayağı olan bədəvilər də Abdullanı üsyanlarla hədələdi
İndiyə qədər İordaniya iqtidarıyla heç bir problemi olmayan bədəvi tayfaları Tunis və Misir hadisələrini əsas gətirərək kral Abdullaya xəbədarlıq ünvanlayıb. Ölkədəki əsas bədəvi tayfaları ABŞ tərəfindən dəstəklənən dövlət başçısının siyasi islahatları artırmazsa Tunis və Misirdəki kimi üsyanların yaşana biləcəyini bildiriblər.
İordaniyada monarxiyanın dayağı olan qəbilələrin belə bir bəyanatla çıxış etməsi qeyri-adi qarşılanıb. Kəskin ittihamlar və kral Abdullanın həyat yoldaşı ilə bağlı tənqidlərin də yer aldığı xəbərdarlıq məktubunu 36 tayfa imzalayıb.
Ölkədə daha öncə dindar və digər başqa qruplar hakimiyyətə qarşı etiraz aksiyaları keçirmişdilər. Ancaq həmin ərəfədə bədəvilər kral Abdullanın hakimiyyətdə qalmasının tərəfdarı kimi çıxış edirdilər.
İnformasiya şöbəsi