Əliyev Obamaya vasitəçi axtarır

Kəmaləddin Heydərov Saakaşvilinin yanından «əliboş» qayıdıb

 

Avtoritar sistemlərin çökməsinin yeni dalğası Azərbaycan hakimiyyətini qorxuya salıb. Demokratik dünyanın xalqların azadlıq mücadiləsinə dəstəyindən narahat olan Ilham Əliyev ABŞ hökuməti ilə münasibətləri qaydasına salmaq üçün Gürcüstan prezidenti Saakaşvilinin yanına xüsusi elçi göndərib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda həmin elçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu bildirilir.
Kəmaləddin Heydərov Mixail Saakaşviliyə Ilham Əliyevin bir sıra islahatlara və korrupsiya ilə ciddi mübarizəyə, həmçinin regionda Qərbin maraqlarına dair pozitiv mövqe tutmağa hazır olduğunu deyib, bu mövqenin ABŞ rəhbərliyinə çatdırılmasını xahiş edib. Prezident Saakaşvili isə Azərbaycan və ABŞ arasında münasibətlərin normal olmasında maraqlı olduğunu, bununla belə, bu münasibətlərin daha çox Obama və Əliyev arasında baş tutmuş təkbətək görüşün nəticələrinə əsaslandığına inandığını deyib.

 

İnformasiya şöbəsi