Araz Elsəs Bakıda konsert verəcək

 

Avropada yaşayan məşhur azərbaycanlı ozan Araz Elsəs mart ayında Bakıda növbəti konsertə hazırlaşır. APA-nın məlumatına görə, Araz Elsəsin Azərbaycan paytaxtında görüş-konserti Novruz bayramı ərəfəsində gözlənilir.
Qeyd edək ki, Araz Elsəs 27 noyabr 1971-ci ildə Iranda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə Isveçə köçüb.