Taliban rejiminin daş-qalaq vəhşəti
Əfqanıstanın Tacikistan sərhədinə yaxın Kunduz əyalətində iki sevgili zinada günahlandırılaraq Taliban xadimləri tərəfindən yüzlərlə adamın qarşısında vəhşicə daşlanaraq öldürüldü.
Öldürülən qız 19 yaşlı Sıdıkanı atası 9 min başlıq qarşılığında başqasına vermək istərkən o öz sevgilisi Xəyyama qoşulub qaçır və onunla birgə yaşayır.
Qızın ailəsinin bağışlanma vədinə görə cütlük kəndlərinə döndü. Ancaq bu dönüş onların sonu olur.
Şəhərdə hakimiyyəti ələ keçirən Taliban rejimi gənc ailəni recm (daşqalaq) cəzasına məhkum edir.
Keçən il oktyabrda cəza həyata keçirilir və bu olay talibançı bir militanın telefonuna çəkilir.
Video görünüşdə Sıdıka, belinə qədər torpağa basdırıldıqdan sonra izdiham tərəfindən vəhşicə daşlanaraq qanlar içində buraxılır. Daşların təsirindən özündən getsə də Sıdıka ölmür bunu görən bir talibançı silahı ilə onun başından iki güllə vuraraq gənc qızı həyatını bitirir. (anti-insani və son dərəcə ağır olduğuna görə internet görüntülərində bu hissə sonradan redaktə olunub)
Görünüşlərdə daha sonra gənc Xayyam meydana gətirilir. Əlləri arxadan bağlı olaraq yerə çömbəldilən Xəyyam da eyni şəkildə vəhşicə daşlanaraq öldürülür.