Polşa Lukaşenkonun deviriləcəyini xəbər verdi

Polşanın baş nazirindən ilginc xəbərdarlıq: “Lukaşenko, gec-tez ölkədən qaçmaq məcuriyyətində qalacaqsan”

 

 

Polşanın xarici işlər naziri Radoslav Sikorski Tunis və Misir kimi ərəb ölkələrində yaşananlarla Belarus arasında paralellik quraraq “Belarus xalqı da Aleksandr Lukaşenkonu göndərəcək” söylədi.
Sikorski Belarusdaki demokratiya tərəfdarı olan qüvvələrər yardım çərçivəsində keçiriləm bir konfransda çıxışı zamanı Lukaşenkonun xalqın iradəsinə qarşı postunu qoruduğunu ancaq bir müddət sonar ölkədən qaçmaq məcburiyyətində qalacağını bildirib:“Prezident Lukaşenko, gec-tez ölkədən qaçmaq məcuriyyətində qalacaqsan. Xalqın səni qovduğu zaman başqa bir ölkədən sığınacaq tələb edəcəksən”. 
Tunis və Misirdəki hadisələrdən sonra Belarusda da oxşar olayların meydana gəlməsinin artıq daha real olduğunu söyləyən Polşa rəsmisi Lukaşenkonun təyyarəsinin ölkədən qaçmağa hazırlaşacağını vurğuladı.

İnformasiya şöbəsi