Fevralın 3-də Liberal Partiyasının mətbuat xidməti açıqlama yayıb.
“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir: “Ölkə” qəzetinin 11 fevral 2010-cu il sayında Lalə Şövkətə qarşı “Madam” ləqəbli “KQB” agenti” adlı böhtan xarakterli məqalə dərc edilib.
Bu yazıya görə Lalə Şövkət “Ölkə” qəzetini məhkəməyə verib.
Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il qətnaməsində “Ölkə” qəzetində təkzib verilməsi və Lalə Şövkətə dəymiş mənəvi zərərin əvəzi olaraq 4 min manat məbləğində pul tutulması haqqında qərar çıxarılıb. Həmin məbləğ Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının hesabına köçürülməli idi.
“Ölkə” qəzetinin 3 fevral 2011-ci il sayında “Lalə Şövkətdən üzr istəyirik” başlıqlı yazıda məqalənin böhtan olduğu və orada göstərilən informasiyanın həqiqətə uyğun olmadığı etiraf edildiyinə görə Lalə Şövkət məhkəmənin pul tutulması ilə bağlı qərarından imtina edərək qəzeti bağışlayıb
Lalə Şövkət “ölkə” qəzetini bağışladı
•