Misir hadisələri neftin qiymətini qaldırdı

Neftin qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Günlərdir Misirdə baş verən inqilabi proseslər nəticəsində ABŞ-da xam neftin bir bareli 92 dollara qalxıb.
Neftin qiymətinin qalxmasını  əsas səbəbi Misirdə çoxlu sayda insanın həlak olduğu etiraz dalğasının Səudiyə Ərəbistanı kimi neft ölkəsinə də keçəcəyi və dünyanın enerji təhlükəsizliyinə təhdidlər olacağı ilə bağlıdır.

 

Brend markalı neftin bir bareli isə 100 dollar 40 sentə qalxıb.