Türkiyədə içində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb. ANS PRESS-in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İqdır vilayətindən İstanbula sərnişin daşıyan avtobusun Şuşehri-Koyulhisar arasındakı yolda aşması nəticəsində 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə Şuşehri Dövlət Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan iki Azərbaycan vətəndaşı isə ilkin yardımdan sonra, Sivas xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hadisəyə səbəb yağan qar və yolun buzlu olması olub.
Avtobus Naxçıvan-İqdır-İstanbul marşrutu üzrə hərəkət edirmiş. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırzadənin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan avtobusda olanlardan 31-i azərbaycanlıdır.
“Sabah” qəzeti isə yaralanan Azərbaycan vətəndaşlarının adlarını açıqlayıb:
1. Dürdanə Şükürova (43),
2. Aida Mirzəyeva (24),
3. H. Həsənov (44),
4. M. Əhmədov (23),
5. B. Bayramova (58),
6. Qasım Yasubuqa (46),
7. Sərxan Məmmədov (20),
8. H. Haşımov (49),
9. S. Seyidli (27),
10. V. Valıyrva (50),
11. B. Babayev (21),
12. M. Məmmədov (26),
13. A. Alıyev (35),
14. Çavanşir Quliyev (25),
15. İ. Əhmədov (40),
16. J.Cəfərov (39),
17. M. Mırrzetova (24),
18. Q. Duliyev (24),
19. A. Abdullayev (44),
20. H. Hüseynzadə (29),
21. A. Əhmədov (39),
22. Mətanət Nəbiyeva (46),
23. A.Abdullasoy (38),
24. A.Amirov (40),
25. H. Hüseynov (37),
26. H. Həsənov (22),
27. M.Məmmədov (40)
28. Manoni Amıranaşvili (50)