Moskvadakı “Domodedovo” hava limanında partlayışı həyata keçirən terrorçu kamikadzenin qopmuş başının şəkli yayımlanıb.
“Life News” xəbər verir ki, şəkil cinayətkarın tanınması üçün Şimali Qafqaz xüsusi xidmət orqanlarına göndərilib. Mütəxəssislər şəkli məlumat bazaları ilə yoxlayaraq terrorçunun şəxsiyyətini müəyyən etməlidirlər. Partlayışı həyata keçirən şəxsi terror aktının bir çox şahidləri görüb. Amma onların hamısı cinayətkarı daha çox arxa hissədən görüb. Düsseldorfdan gələn təyyarəni gözləyən Artyom Jilenkov terrorçunun onun gözləri qarşısında partladığını bildirib: “Qara gödəkcə, qara papaqda olan, heç nə ilə seçilməyən şəxs. Başqa nəsə yadımda qalmadı. Mən onu daha çox arxadan görürdüm. O, tikə-tikə oldu”.
Partlayışdan sonra təxminən 30-35 yaşlı terrorçunun ancaq başı qalıb.
Maraqlıdır ki, bundan qabaq KİV-də Rusiya hüquq-mühafizə orqanlarına istinadla terroru qadın kamikadzenin törətdiyi xəbəri yayılmışdı. Lakin indi görüntüsü yayılan qadın yox, kişi başıdır.
Kmikadzenin qadın olduğu təsdiqləndi; Medvedev Davos səfərini təxirə saldı
“Youtube” internet xidmətində Moskvanın “Domodedovo” hava limanında ötən gün baş vermiş paytlayış anının videosu yerləşdirilib. Videoçarx 17 saniyə davam edir və hava limanının zalındakı videomüşahidə kameralarından biri vasitəsilə çəkilib. Kadrlarda zalda adamların ora-bura getdiyi, sonra isə partlayışın baş verdiyi aydın görünür.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinə açıqlamasında “Domodedovo” hava limanındakı videomüşahidə kameralarından birinin partlayış anını qeydə aldığını bildirmişdi: “Zalda quraşdırılmış müşahidə kameralarından ən azı biri terrorçunun partlayıcı qurğunu işə saldığı anı qeydə alıb”.
Son rəsmi məlumatlara görə, hava limanındakı partlayış nəticəsində 35 nəfər ölüb, 128 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 93-ü xəstəxanaya yerləşdirilib.
***
Baş verən faciə ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedev hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak üçün İsveçrəyə bu gün nəzərdə tutulan səfərini təxirə salıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Timakova bildirib.
Rusiya prezidenti 25-27 yanvar tarixlərində İsveçrəyə getməliydi. Yanvarın 26-sı baş tutacaq Forumun açılış mərasimində isə Medvedev əsas məruzəçi qismində çıxış etməli idi.
***
Hava limanındakı partlayışı törədənin isə qadın kamikadze olduğu artıq təsdiqlənib. Ehtimal edilir ki, terror aktı ikinci cəhddə baş tutub. Birinci cəhd dekabr ayında bombanın terrorçuların gizləndiyi evdə təsadüfən partlaması nəticəsində baş tutmayıb.
Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Rusiya xüsusi xidmət orqanları “Domodedovo” hava limanında baş verən terror aktı ilə bağlı əvvəlcədən məlumatlı olublar. Hava limanı təhlükəsizlik xidməti əməkdaşlarının məlumatına görə, belə terror aktının törədiləcəyi ilə bağlı onların bir həftə öncə məlumatı olub və hətta baş verəcək terror aktının gömrük məntəqəsi yaxınlığında olacağı ilə bağlı dəqqiq yeri də söylənilib. Rəsmi məlumata görə, terror aktını terrorçu kamikadze həyata keçirib. İlkin ehtimala görə, kamikadze hava limanı ərazisinə gətirilib və nəqliyyat vasitələrinin uzun müddətli dayanacağı üçün dayanacaqdan hava limanının təhlükəsizlik xidməti və metal detektoru olmayan hissəsindən ikinci mərtəbəyə qalxıb (ANS).