«Apostrof» mətbəəsində məşhur bəstəkar Cavanşir Quliyevin mahnılarının notlarından ibarət dörd cildli toplu dərc olunub. Müəllifin 300 ən yaxşı mahnısının klavirlərindən ibarət nəşrə notlarla yanaşı, mahnıların MP3 formatında yazıldığı CD-lər də əlavə edilib.
C.Quliyevin mahnıları toplusu Azərbaycanlı musiqiçilərin ifasında təqdim olunub. Hər cild 400 səhifə not mətni, fortepiano partiyası və vokal partiyasından ibarətdir.
Azərbaycanda bu tipli ilk nəşr bəstəkarın 60 illiyinə həsr olunub (“Turan”).