ABŞ Azərbaycanda demokratiyaya 30 milyon ayırdı

 

Dünya ölkələrinə yardım çərçivəsində ayrılan vəsait 5 sahəni əhatə edəcək

 

Bu il ABŞ Azərbaycana demokratiyanın inkişafı üçün 29.4 milyon dollar ayıracaq. ANS PRESS-in “Foreignassistance.gov” saytına istinadən verdiyi məlumata görə, ABŞ hökuməti tərəfindən dünya ölkələrinə yardım çərçivəsində ayrılan vəsait 5 sahənin inkişafına yönəldiləcək.

 

Vəsaitin 8.5 milyon dolları Azərbaycanda sülh və stabilliyin inkişafına, 9.8 milyon dolları ölkədə demokratiya, insan hüquqları və idarəetmənin inkişafına, 4.1 milyon dolları səhiyyənin, 6.4 milyon dolları ölkənin iqtisadi inkişafına, 0.6 milyon dolları humanitar proqramların inkişafına yönəldiləcək.

Ermənistana isə ölkədə demokratiyanın inkişafı üçün 45.4 milyon dollar həcmində vəsait ayrılacaq.

Vəsaitin 9.4 milyon dolları Ermənistanda sülh və stabilliyin inkişafına, 13.2 milyon dolları ölkədə “demokratiya, insan hüquqları və idarəetmə”nin inkişafına, 5.9 milyon dolları səhiyyənin, 1.9 milyon dolları təhsil və sosial proqramlara ayrılacaq. Bundan başqa, 13.4 milyon dollar vəsaitin Ermənistanın iqtisadi inkişafına, 1.6 milyon dolları isə humanitar proqramların inkişafına yönəldiləcək.

ABŞ hökuməti Gürcüstana 90.1 milyon dollar, Rusiyaya 68.7 milyon dollar, Türkiyəyə isə 5.9 milyon dollar ayıracaq.