Şəhidlər Xiyabanında AZADLIQ aksiyası

Şəhidlər Xiyabanını ziyarət edən müxalifətlə polis arasında toqquşma oldu (FOTOLAR)

Bu gün müxalifət düşərgəsi, İctimai Palatanın üzvləri, quruma daxil olan ictimai-siyasi xadimlər Şəhidlər Xiyabanını ziyarət etdilər. Başda Müsavat başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olmaqla, hər iki təşkilatın təmsilçiləri, həmçinin ictimai xadimlər Məşədi Əzizbəyovun vaxtı ilə heykəli yerləşən əraziyə toplaşaraq saat 14.00-da Şəhidlər Xiyabanına doğru hərəkət etdilər.

AXCP Gənclər Komitəsi isə öndə “Azadlıq uğrunda öldü şəhidlər, azadlıq görmədi vətəndaşları!” şüarı yazılan plakat aparırdılar. Bir az sonra polis müxalifət nümayəndlərinin qarşısını kəsdi. Polislərdən biri şüar haqqında rəhbərliyə məruzə etməli olduğunu bildirdi. Polis şüarı rəhbərliyə oxuduqdan sonra, icazə verilmədiyini bildirdi. Gənclər isə plakatı qaldırmaqda israrlı idilər. Bu zaman gənclərlə polis arasında gərginlik yaşandı, polislər bir neçə gəncə qarşı fiziki zor tətbiq etdilər. Şüar yazılmış plakat isə gənclərlər aksiyaçılar arasında o tərəf- bu tərəfə dartılırdı.

Bu zaman gənclər əllərini qaldıraraq “Azadlıq, azadlıq!”,- deyə qışqırmağa başladılar və polislə qısa müddətli toqquşma yaşandı. Yüzlərlə insanın insanın “Azadlıq!” şüarı polisi yerində otuzdurdu.

Bir qədər sonra isə müxalifət nümayəndələrinə Şəhidlər Xiyabanına doğru irəliləməyə icazə verildi. Ancaq az keçməmiş müxalifət təmsilçiləri növbəti polis kartonu ilə qarşılaşmalı oldular. Müxalifət nümayəndələrinə birlikdə deyil, bir neçə qrupa bölünərək hərəkət etmək əmr edildi. Bu zaman Müsavat başqanı İsa Qəmbər baş verənlərə etiraz etdi. İsa Qəmbərin “Bölücülük salmayın, insanları bölməyin”,– sözləri onların qarşısını kəsən bir polis mayorunu qəzəbləndirdi. Mayorun Müsavat başqanına xitabən “Mənə barmaq silkələmə, barmağını qıraram”,- deməsi isə müxalifət təmsilçiləri ilə polis arasında növbəti gərginliyə səbəb oldu. AXP sədri Pənah HüseynArzu Səmədbəyli ilə polis arasında söz davası və qarşıdurma baş verdi. Bütün ziyarətçilərin etirazlara qalxmasından sonra isə polisi bir daha geri çəkilməli oldu.

Bundan sonra müxalifət nümayəndələri Şəhidlər Xiyabanına doğru irəliləməyə davam etdilər.

Milli Məclisin qabağında isə onları xüsusi hazırlıqlı əsgərlərdən ibarət canlı sədd gözləyirdi. Əsgərlər əllərini arxalarında cütləmiş, ayaqlarını isə aralı qoymuşdular. Sanki döyüşə hazır vəziyyətdə dayanmışdılar.

Müxalifətçilər bir neçə dəqiqə gözlədlikdən sonra Xiyabana buraxıldı.

Xiyabanın girişində şəhidlərin ruhuna dua oxundu. Bundan sonra Şəhidlər Xiyabanı ziyarət edildi.

Ziyarət başa çatıb, müxalifətçilər dağılışan ərəfədə mülki geyimli polislər müxalifətçilərdən iki nəfərə saxlayıb, naməlum istiqamətə apardılar. Saxlanılanların kim olması bəlli olmadı. Ümumiyyətlə bütün ziyarət boyu insanların arasında mülki geyimli təhlükəsizlik orqanlarının əməkdaşları gözə dəyirdi. Onlar müxalifətçilərin söhbətlərini dinləyirdilər. Güman ki, saxlanılan iki nəfər də, məhz söhbətlərinə görə həbs edildilər.

AXCP və Müsavat partiyalarından isə üzvlərindən heç birinin saxlanılmadığını deyiblər.

Elmin

Plakat

ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site

Mehman Hüseynovun çəkdikləri