İlham Əliyevin adı…

 

 

Tunisdə təhlükəsizlik təmin ediləcək… Bəlkə də edilmədi. Amma diqqətimi bir məqam çəkdi. Bir siyasətçi kimi ürəyim ağrıdı. Təhlükəsizlik işçisini təpikləyib öldürdülər. Tunis ərəb ölkələrinin sabit olanlarından sayılırdı. Demokratiyası olmasa da, sabitliyi vardı. Azərbaycan kimi. Məhz belə olur. Dövlət dövlətlik eləyə bilməyəndə vətəndaş da vətəndaşlıq eləyə bilmir. Dövlət harınlayanda vətəndaş quduzlaşır. Vətəndaş quduzlaşanda harınlamış dövləti təpikləyir. O zaman nə dövlət dövlət olur, nə də vətəndaş vətəndaşlıq eləyir. Ilham Əliyev də gərək bu barədə düşünsün.

Ölkədə bütün normal təşəbbüs sahiblərini, siyasi partiyaları sıradan çıxarıb liderləri məhv etmək istəyəndə (buna nail olanda) xalqdan izolyasiya edəndə, vəhşi və barbar dəyərlər, rüşvətlə sərvət qazanmaq təbliğ ediləndə axırı belə olur. Xalq səni asmaq qərarı verəndə ipi boğazından çıxarmağa bir adam tapılmır. Sonra da deyəcəklər, xalq aqressivləşdi, nə bilim, kütlənin qarşısını almaq olmadı. Kütlənin qarşısını almaq üçün gərək onun qarşısında ola biləcək adamları sıradan çıxarmayasan… Ilham Əliyev isə özünün xalq arasında nüfuzunun olmamasının qisasını müxalifət liderlərindən alır. Yəqin ki, o da bütün diktatorlar kimi fikirləşir: “Başqa diktatorların buraxdığı səhvləri buraxmadan hakimiyyətdə qalmaq mümkündür”. Yəni güzəştə getmədən xalqı sıxmaq, basqıda saxlamaq lazımdır. Bir addım geri çəkildinsə, gərək sona kimi gedəsən. Yəni zülmün yayını sona qədər sıxmaq lazımdır, xalqı sona qədər əzmək lazımdır. Amma yay nə qədər çox sıxılırsa, o qədər uzağa sıçradığını da unudurlar. Xalqa az zülüm edirsən, səni devirirlər, çox zülm edirsən nəsibin dar ağacı olur…

Keçirəm ikinci məsələyə… Yəni bədii hissəyə. Bu günə kimi irtica rejimin çiçəklənməsini məxməri tənqid edən, bu gündən sonra isə bir dənə də olsun kəskin tənqidi mövqe tutmaq barədə düşünməyən, xalqın anasının ağladılmasını kiprikləri ilə qarşılayıb, dövlətçiliyi gözləri kimi qoruyan, rüşvətin və korrupsiyanın hər addımbaşı hər təbəqədən insanların taleyinə çevrildiyini görməzlikdən gələn, bir söz deyən kimi Norveçdəki türklərin və türkçülüyün daha qlobal problemləri ilə məşğul olduğunu deyib qabaqdan gələn, seçkilərdən dərhal sonra YAP-ın qərargahındakı mətbuat konfransında ortada oturan, dünyada bizi təhdid edən təhlükələrə qarşı mübarizənin başında yer alan, mətbuat səhifələrində Ilham Əliyevin adını bir dəfə də olsun çəkməyən, onun bu xalqın başına gətirdiklərinə gözlərini behiştdə xumar olurmuş kimi yuman, eynəyinin altından yüz il öncəni görüb indiki problemlərə diqqət ayırmayan, hətta Urmiyada gölün qurumasına (qurudulmasına yox ha, məhz QURUMASINA) etiraz etmək kimi əhəmiyyətli dövlət işi ilə məşğul olan, Heydər Əliyevə xüsusi şeir həsr edən, onun xüsusi etimadı ilə vəzifə tutan, sonradan da bu kursu davam etdirən, öz yazılarında mədhiyyə janrını göylərə ucaldan, bugünkü tariximizin yaman günə qoyulmasına tükünü tərpətmək əvəzinə iki yüz il əvvəlin tarixindən roman və poemalar yazan Elnur Astanbəylinin dərisi soyulmalıdır. Onun kimilərə bizim aramızda yer yoxdur. Ta neyniyim, mənim də əlimdən bunu demək gəlir…

Rəsmi xronika

Rəsmi xronika da belədir ki, Ekologiya Nazirliyi Ziya Məmmədova məxsus “ZQAN holdinq”i iki milyon səkkiz yüz min manat məbləğində cərimələyib. Yəqin ki, Anar Məmmədovun kəsdirdiyi ayının qanını alırlar…