“The Washington Post”qəzeti Tunisdəki hadisələrlə bağlı dərc etdiyi məqalələrdən birində baş verənləri ABŞ dövlət katibi Hillari Klintonun Ərəb ölkələrinə səfərində verdiyi demokratiya bəyanatı ilə əlaqələndirib.
“Yaxın Şərqdəki təhlükləri gözardı etmək olmaz” başlıqlı məqalədə son günlər Tunisdə yaşananlar təsvir olunur və hadisələrin maraqlı tərəfi kimi qeyd edilir ki, bu ölkədə inqilab məhz xanım Klintonun Yəməndə səsləndirdiyi “Regionda siyasi islahatlar qaçılmazdır” bəyanatından sonra baş verdi.