Həsən Həsənov XİN-də “arzuolunmaz” olub?

Hafiz Paşayevin rəyinə görə, Həsən Həsənov qaba və kobud adamdır

 

Hafiz Paşayev. Bu şəxs 2006-cı ildən Azərbaycan Respublikası Xarici Işlər Nazirinin müavini – AR XIN-in Diplomatik Akademiyasının rektorudur.
Hakim ailənin adamı sayılan Paşayev 1993- 2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ- dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub.
Həsən Həsənov. Bu şəxsi isə Azərbaycan siyasəti ilə maraqlanan əksəriyyət tanıyır.
Zəngin partokrat karyerası olan Həsənov müstəqillik dönəmində baş nazir, BMT ÿvəÿ YUNESKO,ÿ IKT-nin illik toplantılarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, 1992-1998-ci illərdə xarici işlər naziri vəzifəsində işləyib.
O, 2004-cü ildənÿ 2010-cu ilin martınadək Macarıstanda, həmin tarixdən isə Azərbaycanınÿ Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
Təsadüfən bu iki şəxsin təqdimatını etmədik. Iş ondadır ki, xarici işlər nazirinin müavini H.Paşayev səfir Həsənovu çox pis xarakterizə edir. Və onun rəyi ilə tanış olan heç bir özünə hörmət bəsləyən dövlət Həsənovun səfir kimi çalışmasına razı olmaz. Əliyev hakimiyyəti özündən əvvəlkiləri yarıtmaz idarəetmədə və kadr siyasətində tənqid edərkən yaxşı olar ki, H.Həsənovun hələ də əziz-təbərrik tutulmasına bir izah versin. Sizə indi təqdim edəcəyimiz material Paşayevin “Bir səfirin manifesti” kitabından götürülüb. Bu kitabı oxuyandan sonra iki qənaət formalaşır: ya Azərbaycan hakimiyyəti üçün diplomatik korpusda işləyən insanların şəxsi keyfiyyətləri, peşəkarlığı heç bir əhəmiyyət daşımır, ya da Həsən Həsənov qiymətli kadrdır, sadəcə nazir müavini Paşayev ona qarşı şəxsi-qərəz nümayiş etdirərək səfirin reputasiyasını məqsədyönlü formada ləkələyir.

Həmsöhbətlərinin üstünə qışqıran Həsən Həsənov

Paşayev öncə Həsən Həsənovun BMT-dəki yarıtmaz fəaliyyətindən yazır: “Həsənov BMT-də də keçmiş iş üslubunu davam etdirir. Özünün hakim mövqedən çıxış etdiyinə əmin olan Həsənov nəinki öz həmkarlarının, hətta xarici ölkə səfirlərinin və BMT əməkdaşlarının üstünə qışqırmaqdan usanmır və əsla bu xasiyyətindən əl çəkmirdi. Öz fikirlərini başqasına qəbul etdirmək üçün Həsənov daim həmsöhbətlərilə yüksəkdən danışar, onlara əmr etməkdən çəkinməzdi. Bu cür iş üslubundan narahatlıq çəkən BMT Baş Katibinin müavini rusiyalı Petrovski Azərbaycan xarici işlər naziri ilə görüşündə öz etirazını bildirir”.

Daim gərginlik yaradan Həsən Həsənov

Paşayev səfir kimi nazir Həsənovun tabeçiliyində işlərkən gördükləri dəhşətləri qeyd edir.
“…O, idarəçilik, iqtisadiyyat və təsərrüfat işini gözəl bilirdi. Hesab edirəm ki, bu sahədə hər hansı vəzifəyə təyin olunsaydı, xidmətləri daha səmərəli olardı. Həsənovu bu qurumda yadlaşdıran isə onun özünəməxsus mentaliteti və davranış, keçmişdən miras qalmış qaydaları idi. Həsənovun keçmişdən miras qalmış düşüncə tərzi və idarəetmə üslubu yeni reallıqlarla ziddiyyət təşkil edir, nəinki idarə daxilində, eyni zamanda diplomatik münasibətlərdə lüzumsuz gərginlik yaradırdı”.

Əmrbaz Həsən Həsənov

“Idarəetmədə hökmranlıq mövqeyindən çıxış etməyi üstün tuturdu. Özünü tərəf müqabilindən bir pillə yuxarı tutmaq Həsənovun səcdə etdiyi prinsiplərdən biri idi. Tabeliyində olan şəxsdən tam itaətkarlıq tələb edərdi. Elə məhz bu xüsusiyyətinə görə də mənimlə münasibətlərində gərginlik yarandı. Işi hər an gərginləşdirmək imkanını əldən verməzdi. Tez-tez Vaşinqtona Bakı vaxtı ilə saat 12-də zəng edərdi. Uzun müddət Nyu-Yorkda yaşamış nazir yaxşı bilirdi ki, gecə 3.00-da Vaşinqtonda telefon dəstəyini qaldıran şəxs iş masası arxasında deyil, çarpayıda şirin yuxudadır. Buna baxmayaraq, nazir əmri əmr dalınca verər, hər hansı məsələ barəsində dərhal tədbir görməyi hökmlə tələb edərdi. Əlbəttə, Amerikada hökumət idarələrinin gecə saat 3.00-də bağlı olduğu faktı naziri qane etməzdi”.

Natiq