Ermənistan dünya çempionatından qovuldu

Bu ölkənin hokkey üzrə milli komandası saxtakarlığının qurbanı oldu

 

Ermənistanın hokkey üzrə yığma komandası dünya çempionatında iştirakdan məhrum edilib. Beynəlxalq Hokkey Federasiyasının (IIHF) rəsmi saytında Ermənistan yığmasının adı 3-cü divizionda mübarizə aparacaq komandalar arasında göstərilməyib (anspress).
Üçüncü divizionda birincilik uğrunda Türkiyə, Yunanıstan, Israil, CAR, Lüksemburq və Monqolustan hokkey yığmaları mübarizə aparacaqlar.
Xatırladaq ki, ötən il dünya çempionatının 3-cü divizionunun oyunları Yerevanda keçirilmişdi. Ermənistan kollektivi bu yarışda ikinci yeri tutsa da, sonradan bu nəticə IIFH tərəfindən ləğv edilmişdi. Buna səbəb kimi Ermənistan yığmasının üzvləri haqda məlumatların saxtalaşdırılması göstərilmişdi. Sonradan Ermənistan Hokkey Federasiyası IIHF tərəfindən əfv olunacağına ümid etsə də, göründüyü kimi, bu baş verməyib.