İranla qaz sazişi imzalandı

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri imzalanıb.
“APA-ECONOMICS”in xəbərinə görə, müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və İranın naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud Mirkazemi imzalayıb.
R.Abdullayev bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Astaradan İrana 5 il ərzində qaz ixrac edəcək: “Bu il qazın həcmi 1 mlrd. kubmetr olacaq, növbəti illərdə bu həcm artacaq. Artıq fevralın 1-dən Azərbaycan İrana qaz ixracına başlayır”.
ARDN prezidenti əlavə edib ki, İrana ixrac olunan qazın qiyməti Azərbaycanın Türkiyəyə və Rusiyaya satdığı qazın qiymətindən aşağı deyil.