“IranAir” şirkətinə məxsus olan və Tehran-Urmiya reysini həyata keçirən “Boeing-727” təyyarəsi Cənubi Azərbaycanın Urmiya şəhərində uşuç-eniş zolağına 15 km qalmış məcburi eniş edib və bir neçə hissəyə parçalanıb.
Qəza zamanı təyyarədə 105 nəfər olub. Qəza nəticəsində 77 nəfəri həlak olub, 26 nəfər isə yaralanıb. Yaralılar Urmiya şəhər xəstəxanasına çatdırılıb.
Təyyarənin “qara qutusu” yerli sakinlər və xilasedicilər tərəfindən tapılıb.