Müsavatdan gedənlər ABŞ səfirliyində nəyi müzakirə edib?

Bu gün Müsavat Partiyasının daha iki sabiq funksioneri – Sülhəddin Əkbər və İbrahim İbrahimli ABŞ-ın Azərbaycandakı səfirliyində olublar.
Görüş barədə “Azadlıq”a məlumat verən Sülhəddin Əkbər deyib ki, diplomatik korpusdan dəvət alıblar və səfirliyin siyasi məsələlər üzrə müşaviri Bricet Buçetlə görüşüblər.
S.Əkbər bildirib ki, görüşdə onların Müsavatdan istefa vermələrinin səbəbləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, eləcə də parlament seçkisindən sonra müxalifət daxilində yaranmış durum müzakirə olunub. S.Əkbər görüşdə AXCP-Müsavat birliyinin də əsas müzakirə mövzusu olduğunu deyib: “Diplomatik görüşlər barədə detallı danışmaq siyasi etikaya uyğun deyil. Ona görə də ümumi şəkildə deyə bilərəm ki, istər demokratiyanın, istər müxalifətin perespektivi, istərsə də istefamızın başlıca səbəbi kimi AXCP-Müsavat biriliyi məsəlsi də əsas müzakirə mövzusu olub”.

***

Bu gün Müsavat Partiyasının sabiq funksionerləri Qabil Hüseynli və Adil Qeybulla ABŞ-ın Azərbaycandakı səfirliyində olublar.
Bu barədə APA-ya Q.Hüseynli məlumat verib. O, səfirliyin iki müşaviri ilə qısamüddətli görüş keçirdiklərini bildirib: “Partiyadan ayrılmağımızın səbəbləri barədə bir-iki sual verdilər, biz də cavablandırdıq”.
Xatırladaq ki, Q.Hüseynli və A.Qeybulla bu il yanvarın 4-də partiyadan istefa veriblər.