“Bu ayın axırı qayıdacağam”

Yaşar Nuri özünü yaxşı hiss etdiyini deyib

 

Türkiyənin “Memorial” xəstəxanasında müalicə olunan Akademik Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nuri özünü yaxşı hiss edir.
Bunu Lent.az-a açıqlamasında Yaşar Nuri özü deyib. Aktyor bildirib ki, bu ayın sonunda Bakıya qayıdacaq: “Özümü yaxşı hiss edirəm. Arada bir balaca soyuqlamışdım. Amma artıq keçib. Hamıya salam deyin. Bu ayın axırı Bakıya, doğma vətənə qayıdacağam. İnşallah, ondan sonra görüşəcəyik”.
Yaşar Nuri söhbət əsnasında vətəni üçün çox darıxdığını da dilə gətirib.
Qeyd edək ki, Yaşar Nuri noyabrın 6-da Bakıda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 3 gün sonra xüsusi təyyarə ilə İstanbula yola salınıb. O vaxtdan da xalq artisti “Memorial” xəstəxanasında müalicə olunur.