“Erməni soyqırımına” ölümcül zərbə

ABŞ Nümayəndələr Palatasına yeni rəhbərin seçilməsi qondarma iddianı gündəmdən çıxarır

 

Ötən ilin noyabrında ABŞ-da keçirilən seçkidə qalib gəlmiş üzvlərin and içməsindən sonra 112-ci Konqres fəaliyyətə başlayıb. Nümayəndələr Palatasında işə başlayan Respublikaçılar prezident Barak Obamanın gündəmini ciddi şəkildə dəyişdirməyi və federal hökumətin formasının azaldılmasını qarşısına məqsəd qoyub. Baş tutan andiçmə mərasimində dörd il Nümayəndələr Palatasına rəhbərlik edən demokrat Nensi Pelosi vəzifəsini respublikaçı Con Bonerə təhvil verib.
Nümayəndələr Palatasının rəhbərliyinə Şimali Karolina ştatından seçilən Con Bonerin gəlməsi qondarma erməni soyqırımı iddiasına ciddi zərbə vurub. Analitiklərin fikrincə, qondarma iddianın qatı əleyhdarlarından biri olan Con Bonerin Nümayəndələr Palatasının rəhbəri seçilməsi layihənin qanunverici orqanda müzakirəsinə ciddi maneələr yaradacaq. Hətta bəzi şərhçilər bildirir ki, Boner ümumiyyətlə, “erməni soyqırımı” layihəsinin Nümayəndələr Palatasının gündəliyinə salınmasına imkan verməyəcək.

İnformasiya şöbəsi