Nəriman Nərimanovun tarixdəki yeri (III yazı)


Nəriman Nərimanovun tarixdəki yeri
(III yazı)

Bu gün də siyasi aktuallığını itirməyən bir məktub. Bu məktubu N.Nərimanov ADR
hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə yazıb.
“Möhtərəm Yusifbəy Nəsibbəyov cənabları.
…Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xariqələr yaradan bütöv bir dövlətin (qırmızı
Rusiya – X.B.) həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız,
qonşularımız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürək. O,
daim Ingiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini Moskvaya göndərir
və artıq orada sovetlərə tərəfdar olmaqdan danışılır.
Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan Sovetlərə tərəfdar olduğunu
bildirərsə (bu məhz belə də olacaqdır), onda sizin vəziyyətiniz necə olacaqdır?..”
Bu məktubda göstərilənlər iyrənc, satqın, dönük erməni xarakterinin qısaca portret
görsənişidir. Çox keçmədi N.Nərimanovun erməniliklə bağlı dedikləri bütünlüklə doğruldu,
ancaq… işə bax, “onda sizin vəziyyətiniz necə olacaq” görəcəyi N.Nərimanovun öz başına
gəldı.
Rusiyada çarlığın devrilməsindən sonra Azərbaycan türkləri Güney Qafqazda bir-birinin
ardınca üç Demokratik Respublika qurdular – Azərbaycan Demokratik Respublikası, Araz
Türk Respublikası (1918-ci ilin noyabrından 1919-cu ilin martınadək yaşamışdı. ATR bu
bölgələrdən oluşmuşdu: Şərur-Dərələyəz, Sərdarabad, Vedibasar, Qəmərli, Mehri, b.
yerlər. Mərkəzi Naxçıvan şəhəri). Cənub – Qərbi Qafqaz (Oars) Demokratik Respublikası
(1919-cu il yanvarın 17-dən Qars, Batum, Axalsıx, Axalkələk, Şərur, Naxçıvan, Sürməli,
Irəvan qəzasının güney-doğu bölümündə dövlət). Rusiya ilə Ingiltərə başda olmaqla
ermənilərə dövlət yaratmağa çalışan xristian dövlətləri bu respublikaların birini də tanımaq
istəmədilər. Tanımamaq bir yana, onlar Xəzər dənizindən Qara dənizədək uzanan
Azərbaycan-Türk torpaqlarında qanlı qırğın-terror yolu ilə özlərinin dedikləri kimi, “xristian
zolağı” – erməni dövləti yaratmağa girişdilər.
Ingiltərə hökuməti Qars Demokratik Respublikası hökumətini, demək olar, bütünlüklə
Malta adasına sürgün eləməklə respublikanın varlığına son qoydu. (Tutulanlar 1921-ci il
mayın 23-də Azərbaycan XKS-nin sədri N.Nərimanovun köməyi ilə buraxıldılar). Antanta
dövlətləri (“Üçlər bağlaşması”, Ingiltərə-Fransa-Rusiya dövlətlərinin yaratdığı bu bloka
sonralar ABŞ da qoşulmuşdu) regionda Türk faktoruna son qoyacaq, ən azı türklüyü gücdən
salacaq siyasət yürüdürdülər. Bu planlara uyğun olaraq, onlar erməniliyi regionda üstün
gücə çevirməyə çalışırdılar. Onların yardımı ilə ermənilər o çağlar, demək olar, 180 minlik
ordu yaratmışdılar. Bu ordunun gücünə ermənilər Qubadan Qarsadək Azərbaycan-Türk
torpaqlarında açıq soyqırım aktları törədir, Antanta dövlətlərinin mandatı altında türkləri
ucdantutma qırırdılar. Belə bir durumda ermənilər Irəvana yiyələnmək istəklərini ortaya

qoymuşdular. Qırğınlara son qoymaq üçün ADR hökuməti bu istəyi yerinə yetirməli
olmuşdu.
Bir yandan ingilis planlarına əlaltılıq eləyən ermənilər, o biri yandan da Rusiya planlarına
əlaltılıq eləyirdilər. Buna görə də Ingiltətə çəkiləndən, Rusiya regiona yiyələnəndən sonra
ermənilərin indi də bolşevik Rusiyası ilə yaxın işbirliyi ortaya çıxdı. Buna görə ermənilər
tezliklə Göyçə ilə Zəngəzuru ələ keçirmək istəyində bulundular. N.Nərimanov “hamımız
birik – sovetlərik” deyə, ermənilərin istəyinə asanlıqla qol qoydu. Belə tez, özü də çox
asanlıqla Göyçə-Zəngəzura yiyələnən ermənilər necə qudurdularsa, aradan azacıq keçmiş
Dağlıq Qarabağı “Ermənistana” birləşdirməklə bağlı saxta səsvermə yolu ilə RK(b)
Qafqaz Bürosunun qərarını əldə etdilər. N.Nərimanov onda ayıldı. Rus-erməni işbirliyinin
Azərbaycanın bütünlüklə parçalanıb yenilməsinə yönəldiyini görüncə o, tarana getməklə
Dağlıq Qarabağın “Ermənistana” verilməsinin qarşısını aldı.