Yeni bahalı layihələrə hazırlıq gedir

Bakının girişindən uzunluğu 800-1200 metr olan dağ tunelləri tikilə bilər

 

Azərbaycan mütəxəssisləri Bakı şəhərinə girişin asanlaşdırılması və avtomobil yollarında yüklənmənin azaldılması məqsədilə paytaxtın girişində tunellərin tikintisini təklif edirlər.
Şəhərsalma üzrə tanınmış mütəxəssis Feyzulla Quliyevin təklifinə əsasən, tunellərdən Bakının girişindəki təpələrin altından keçməklə Bakı-Salyan şossesi ilə (“Crescent Beach” hotelinin yaxınlığında) 20-ci sahə adlanan ərazini birləşdirməlidir. Bu tunelin uzunluğu 800 metr təşkil edəcək. Uzunluğu 1200 metr olan ikinci tunelin isə 20-ci sahənin şimalından təpələrin altı ilə Nəbatət bağınadək uzanması təklif edilir. Mütəxəssislərin fikrincə, bu tunellərin çəkilməsi Bakının girişində həm bir neçə kilometrlik yola qənaət etməklə magistral yoldan birbaşa şəhərin mərkəzinə daxil olmağa imkan verəcək.
Bundan başqa, tunellərin çəkilməsi şəhərə girişin qonaqlar üçün daha cəlbedici olmasına imkan verəcək.
“Böyük Bakının Regional Inkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlının sözlərinə görə isə, hazırda Azərbaycanda belə tunellərin qazılması üçün müvafiq avadanlıqlar olduğuna görə, bu layihənin həyata keçirilməsi çətin olmayacaq:”Hazırda müasir avadanlıqlar – qazma cihazları sutkada 20-25 metr qazmağa imkan verir”
Artıq bu təklif rəsmi qurumların diqqətindədir və hazırda bu təklif dövlət tərəfindən araşdırılır.